Malcəhət
Malcəhət – orta əsrlərdə Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda torpaqdan istifadə edən kəndlilərdən məhsulla (buğda, arpa, düyü, pambıq və i.a.) alınan feodal rentası. M. XV yüzillikdən"xərac" terminini əvəz etmişdir. M.-in miqdarı ayrı-ayrı dövrlərdə müxtəlif həcmdə (adətən, məhsulun 1/10 – 1/3 hissəsi) olmuşdur. Xanlıqlar dövründə bəhrə, dəhyek və i.a. adlarda toplanırdı.
Tarix: 08.01.2015 / 02:27 Müəllif: Feriska Baxılıb: 29 Bölmə: Ümumi
loading...