Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsmayıl Katib

İsmayıl Katib — şair, 1934-cü ildən AYB-nın üzvü.



Həyatı

İsmayıl Novruz oğlu 1898-ci il martın 25-də Azərbaycanın Qazax qəzasının Qıraqkəsəmən kəndində anadan olmuşdur. İlk təhsilini birdərəcəli kənd məktəbində almışdır. Qazax Qəza Partiya Komitəsinə birinci katib seçilmişdir (1922). Moskvada Ali partiya məktəbində təhsil almışdır. Zaqafqaziya ölkə komitəsinin və MİK-in üzvü olmuşdur (1922-1932), Tovuz, Lənkəran, Nuxa, Sabirabad və s. rayonlarlda partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri, Ağdaş Qəza partiya komitəsinin birinci katibi (1932-1934), Azərbaycan Dövlət Nəşriyyatında direktor (1934-1937) vəzifələrində çalışmışdır.

1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.



Əsərləri

"Talış elləri" (1929), "Şura qızı" (1934), "Şeirlər və poemalar" (1960) kitablarının müəllifi olmuşdur.


Tarix: 16.01.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 223 Bölmə: Şairlər və Yazıçılar
loading...