beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdmandan sonra bu yeməklərdən uzaq durun

Məşqdən maksimum yararlanmaq və məşq sonrasında itirdiyiniz enerjini sağlam bir şəkildə yığmaq üçün idman sonrası düzgün qidalanmaq vacibdir.
Başqa sözlə idmandan sonra qida qəbuluna ciddi fikir vermək lazımdır.
İdmandan sonra çiy tərəvəzlərdən, qazlı içkilərdən, duzlu cipslərdən, şirniyyatlardan uzaq durmaq məsləhətdir.
Çiy tərəvəzlər
Çiy tərəvəzlər hər nə qədər sağlam yeməklər olsa da, idman əsnasında itirdiyiniz enerjini tam təmin etmir. İtirilən enerjinin tam bərpası və bədən müqavimətinin düşməməsi üçün çiy tərəvəzləri zülallı məhsullarla əvəzləmək olar.
Qazlı içkilər
Qazlı içkilərin maddələr mübadiləsini yavaşladacaq səviyyədə olması və şəkər saxlaması zərərli hesab olunur. Bunun yerinə mineral suyu seçim etmək olar.
Duzlu cipslər
Kartof cipsi nə qədər cəlbedici görünürsə, tərkibində olan yüksək miqdarda duz, bədəndəki kalium səviyyəsinin azalmasına səbəb olur. Bu baxımdan cipslərin istifadəsi məsləhət deyil.
Şirniyyatlar
Bəzi şirniyyatlar var ki, onları idmandan sonra qəbulu müxtəlif fəsadlara səbəb ola bilər. Şirniyyata olan ehtiyacı şokoladlı südlə əvəzləmək pis olmaz. Həm idmanda itirdiyiniz enerjini bədəninizə təmin edərsiniz, həm də kalsium ehtiyacınızı qarşılayarsınız.
Qarğıdalı yarması
Qarğıdalı yarması seçimini doğru etmək lazımdır. Bəzi markalar dietaya uyğun və məşq sonrası üçün doğru bir seçim olmasına baxmayaraq, bəzi markalar sanki bir şəkər anbarıdır.


Tarix: 08.01.2015 / 12:17 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Saglamliq