beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dikdaban ayaqqabılar qədər zərərlidir

Hündür dabanı olmayan ayaqabılar (babet) ayaq və bədən tarazlığını təmin olunmasına kömək etsə də, çox düz olduğu üçün bəzi hallarda oynaqlarda zədələnmələrə, topuqlarda artan təzyiqə və müxtəlif ayaq deformasiyalarına səbəb olur. Bu baxımdan ayaqların rahatlığı üçün normal ayaqqbılardan almaq lazımdır.
Çünki, yüksək dikdabanlı ayaqqabılar da diskomfort yaradaraq ayaq sağlamlığına pis təsir göstərir. Belə ki, həmin ayaqqabılar bədənin ağırlıq mərkəzini önə doğru itələyərək bel və ombanın düzgün duruşuna mənfi təsir göstərir. Bu vəziyyətdə bel qövsü də artır. Bunun nəticəsində bel və omba əzələlərində gərginlik və ağrılar yarana bilir. Həddindən artıq yükə görə diz və qıç ağrıları ilə bərabər diz oynaqları da mənfi təsirlərə məruz qalır.
Tekden Xəstəxanasının Müalicə və Reabilitasiya Mütəxəssisi Dr. Erhan Özfidanın sözlərinə görə ayaqqabılarda topuq yüksəkliyi 2-5 santimetr, ayaqqabıların burun qisimi isə yumru və geniş formada olmalıdır. Bu ayaq barmaqlarının zədə görməməsinə yaxşı təsir göstərir. Həmçinin təbii dəridən edilmiş və hava dövranı yaxşı olan ayaqqabılara da üstünlük vermək lazımdır.


Tarix: 08.01.2015 / 11:20 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Saglamliq