Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kök ürək xəstəliklərinə çarə ola bilər

Alimlər qeyd edirlər ki, kök nəinki görmə qabiliyyətini yaxşılaşdıra bilir, o, həmdə ürək damar xəstəlikləri və hətta xərçəng riskini azaldır.

Alimlər bunu kökün tərkibindəki karotinoidlər ilə izah edirlər. Karotinoid antioksidant qrupudur ki, boranı və şirin kartofda da rast gəlinir. Həmçinin kələm, yaşıl noxud, brokkolidə də bu maddələr vardır. Karotinoidlərin köməyi ilə ürək damar xəstəliklərinə və xərçəng xəstəliyinə tutlma riski azalır.

Belə bir nəticəyə araşdırmada iştirak edən könüllərin sayəsində gəlinib. Könüllərin yaş həddi 20 və daha çox idi. Araşdırma boyunca 15318 könüllüdən 3000-i vəfat etmiş. Analizlər göstərib ki, ölənlərin qanında kökün tərkibindəki alfa-karotin səviyyəsi aşağı olub. Bu maddələrlə orqanizmi zəngin olan insanlarda, qəflətən ölmək təhlükəsi riski azalır.


Tarix: 27.12.2012 / 19:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 109 Bölmə: Saglamliq
loading...