beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox oturmaq xəstəliklərə səbəb olur

Bir çoxlarımız iş tələbi və gərəyi ilə bağlı demək olar ki, oturaq həyat keçiririk. İstər divanda televizor qarşısında, istər kompyuter qarşısında, istərsə də maşında. Aparılan araşdırmalar göstərib ki, çox oturmaq sağlamlığa zərərlidir. Belə ki, gün ərzində 10 saatdan artıq oturaq həyat tərzi keçirən insanlar sağlamlığını ciddi təhlükə qarşısında qoyurlar. Bu cür həyat tərzi insan səhhətinə pis təsir göstərir.
Çox saat oturaq həyat tərzi keçirməyin mənfi nəticələrindən hətta ən yaxşı fiziki formada olan insanlar da qaça bilmir. Məlumatda oda bildirilir ki, qadınlar üzərində təcrübələr də aparılıb.
Həkimlər bildiriblər ki, Bakster adlı qadına baxarkən, onun əzələ və oynaqlarında xroniki ağrılar olduğunu demək olmaz. Hazırda o, işdəki masası arxasında fibromiolgiyadan istifadə edərək, ayaq üstə durmalı olur. "Ayaq üstə işləməyə başlayandan bəri özümü yaxşı hiss etməyə başlamışam, üstəlik idman da edirəm.
Bu da mənim qan dövranımın yaxşı işləməsinə kömək edir," - deyə, bildirib.
Təcrübələr uşaqlar üzərində aparılıb. Onlar maraqlı televerilişlərə baxan müddətdə uşaqların qan təzyiqi və nəfəsalma templəri öyrənilib. Tədqiqatçıları hər şeydən öncə uşaqların saatlarla məktəb partası arxasında əyləşəndən sonra kompüter masasının arxasına keçmələri, yaxud televiziya verilişlərinə baxması məsələsi daha çox narahat edir. Çünki tədqiqatların nəticələri o qədər də ürək açan deyil. İki saatdan yeddi saata qədər oturanda qanda şəkərin miqdarı artır və faydalı xolesterinin səviyyəsi aşağı düşür. Nəticədə, osteoporoz xəstəliyini yaradan faktorlar ortaya çıxır. 2 – 7 saat oturduqdan sonra uşaqların qanında şəkərin miqdarı aşağı düşüb. Həmçinin "xeyirli" xolesterin də azalıb.
Digər bir araşdırma isə çox oturmağın ciddi xəstəliklərə səbəb olduğunu göstərib. Pisxoloq Amanda Visek: "Çox oturmaq kökəlmək, diabet, ürək-damar xəstəlikləri, depressiya, hipertoniya kimi xəstəliklərə, hətta ölümə səbəb olur.”
Gənc olmasına baxmayaraq Amanda Visek oynaqlarında və belindəki ağrılardan əziyyət çəkirdi. Ona görə də o, Amanda kimi ayaqüstü masadan istifadə edir və özünü xeyli yaxşı hiss etdiyini deyir: "Günün sonunda nə qədər idman etsək də, həyat tərzimiz oturaq olduğuna görə sağlamlığımız zərər çəkir. Bununla bağlı ölçülər götürmək o üzdən mühümdür."
Araşdırmaların nəticələri eləcə də, oturaq həyat tərzi keçirən yaşlı insanların 50 faizində əlilliklə üzləşmə riskinin olduğunu göstərib. Lakin bu, hər yaşda baş verə bilər.
Milkmen İctimai Səhiyyə İnstitutunda bu iş tərzini təşviq edir. Mərkəzdəki pillələrlə çıxmaq imkanı var. Auditoriyalarda və koridorlardakı hündür stendlər ayaq üstə durmağa imkan yaradır və müəllimlər demək olar ki, ayaq üstündə dururlar.


Tarix: 08.01.2015 / 11:17 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Saglamliq