beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhər çəkilən siqaret

Xərçəng xəstəliyinin yaranma riski təkcə siqaret çəkmənin tezliyindən deyil, həm də rejimindən asılıdır. Mütəxəssislər bu qənaətə aparılan bir sıra araşdırmalardan sonra gəliblər. Səhər oyanandan yarım saat sonra çəkilən siqaret nəinki ağciyər, eləcə də boyun və beyin xərçəngi riskini 2 dəfə artırır. ABŞ-ın Penn State tibb kollecinin keçirdiyi tədqiqatlarda 7610 siqaretçəkən iştirak edib. Onlardan 4776 nəfəri artıq ağciyər xərçəngi olub, 2835 nəfəri isə sağlam şəxslər olublar.Təcrübə zamanı məlum olub ki, səhər oyanandan sonra siqaret çəkənlərin xərçəngə tutulma ehtimalı 79% olub, eyni zamanda çəkilən siqaretlərin sayı bu fakta tamamilə heç bir təsir göstərmir.


Tarix: 09.01.2013 / 22:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Saglamliq