Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağzınızdan iy gəlirsə, əlbəttə bu sizi narahat edir

Bildiyimiz kimi hər hansı bir qadının və ya kişinin ağzından pis iy gəlməsi hər kəsdə kompleks yarada bilər.

Bizim ilk öncə məsləhətimiz sizlərin istənilən bir nasazlıq zamanı mütləq həkimlə məsləhətləşmənizdi. Lakin olur ki, az bir müddətdə nasazlıqdan azad olmaq lazım gəlir.

Misal üçün bəzən dərman preparatları belə kömək edə bilmir və bu zaman xalq təbabətindən istifadə edilməsi labüd olur. Sizlərə ağız qoxusundan xalq təbabətindən istifadə edərək, azad olmağın yollarını təqdim edirik.

Nanədən istifadə edərək: 1 xörək qaşığı nanənin yarpağını 0,5 litr qaynar suda 1 saat dəmləyin. Sonradan ağzınızı mütəmadi olaraq yaxalayın.

Çobanyastığından istifadə edərək: 2 xörək qaşığı çobanyastığı gülünü 0,5 litr suda 5 dəqiqə od üstündə dəmləyin. Soyudun və ağzınızı səhər və axşam yaxalayın.


Tarix: 27.12.2012 / 18:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 170 Bölmə: Saglamliq
loading...