beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyvəli gözəllik kokteylləri

Yayın son günlərini yaşadığımızı nəzərə alsaq, vitaminlərlə zənginlənməyin, cavanlaşmağın tam zamanıdır. Cavanlaşmanı həm orqanizmimizin daxilində, həm də xaricində aparmaq lazımdır. Sizlərə buna nail olmaq üçün bir neçə kokteyllərin hazırlanma qaydalarını göstərəcəyik…



İçki “Malinka”

Bunun üçün sizə tələb olunur:
½ stəkan malina şirəsi
1 stəkan qaymaq
1 çay qaçığı bal

İstifadə qaydası olduqca sadədir. Bunların hər birni qarışdırmaq və bir stəkan içmək lazımdır. Qalan kokteyli üzünüzə sürtə bilərsiz. Cuna vasitəsi ilə üzünüzdə 20 dəqiqə saxlasanız, dəriniz yumuşalacaq. Proseduru mütamadi yerinə yetirsəniz, üzünüzün xüsusi parlaqlığına nail ola bilərsiz.



İçki “Bağımız”

Bunun üçün sizə lazımdır:

Qara qarağatın 5 yarpağı, 5 albalı yarpağı, 4 malina yarpağı, 2 alma və 2 armud yarpağı. Bu yarpaqları xırdalıyırsız və 3 dəqiqə ərzində vam odda qaynadırsız. Qaynanmış içkini süzürsüz və 15 dəqiqə saxlayırsız. Ardınca balla içirsiz gün ərzində.

Həmçinin gündə iki dəfə bununla üzünüzü yusanız, xeyri olar. Buzların hazırlanması üçün uyğundur. Yarpaqların sayını 4-5 dəfə artırsanız və 1 litr suda qaynatsanız, qəbul edəcəyiniz vannaya da qata bilərsiz.



Həlim “Albalı sevinci”

Lazımdır: Bir ovuc albalı yarpağı, iki stəkan su. 30 dəqiqə qaynadırsız. Süzün, 1 stəkan albalı şirəsi ilə qarışdırın, ağız dadına görə bal əlavə edin. Bu həlimdən üzün yuyulmasıda, saçların yuyulmasında və vanna qəbulunda istifadə etmək olar.

Maska kimi də istifadə etmək olar. Cunadan istifadə edərək, üzünüzdə 15-20 dəqiqə saxlayın, üzünüz cavanlaşacaq.



Qara qarağat ilə çay

Lazımdır: 2 çay qaşığı keyfiyyətli qara çayı dəmləyirsiz, 1 stəkan qaynar suda qarışdırmaq, süzmək lazımdır. Alınmış həlimə ½ stəkan qara qarağat şirəsini, 1 xörək qaşığı limon şirəsini, 1 çay qaşığı bal qatırsız. İki dəfəyə içilməlidir.

Cuna ilə maska etmək olar, ardınca otaq temperaturlu su ilə yuyunun.



Kök şirəsi ilə qaymaq

Bunun üçün sizə lazımdır:
1 stəkan kök şirəsi;
1 stəkan azyağlı qaymaq;
2 çay qaşığı bal

İstifadə qaydası: Hər birini qarışdırmaq və 1 stəkan içmək.

Qalan hissəsini xovlu parça ilə üzünüzə, boyun nahiyənizə, həmçinin sinənizə maska edə bilərsiz. Maska 20 dəqiqə qalmalıdır, sonra otaq temepraturalı su ilə yuyulmalıdır. Proseduru daimi yerinə yetirdikdə, dərinizi təravətlənəcək, xüsusi parlaqlıq əldə edəcək, xırda qırışlar itəcək.


Tarix: 27.12.2012 / 18:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 336 Bölmə: Saglamliq