beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəmir əksikliyi zəkaya təsir edir

Dəmir elementi, insan sağlamlığı üçün olduqca vacibdir. Məlumatlara görə dəmir əksikliyi zəkaya təsir edir və intellekt geriliyinə yol açır.
Hemoqlobinin təməl quruluşunu meydana gətirən bu elementin çatışmazlığı qanazlığı da yaradır. Bu baxımdan hamilə qadınlar, əmizdirən analar, uşaqlar, böyümə çağında olanlar və gənc qızlar risk qrupları arasında iştirak edir.
Dəmir əksikliyi əlamətlərindən yorğunluğun öndə gəldiyini ifadə edən mütəxəssislər, davamlı görülən halsızlıq, iştahsızlıq, tez yorulma, baş ağrısı, narahatlıqları kimi əlamətlərin əsas olduğunu söyləyirlər. Dırnaqlarda asan sınmalar və dırnaq uzanmasında olan qabarıq xətlər, çuxurlaşma, dildə yanma, udma çətinliyi kimi xüsusi əlamətlər dəmir əksikliyindən xəbər verir. Bu baxımdan lazımi dəmir mineralını təmin etmək üçün müalicə prosedurlarından əvvəl, bu məsələyə ciddi yanaşmaq və bir dərman müalicəsi tətbiq etmək lazımdır. Tərkibi dəmirlə zəngin olan müxtəlif qidalar da dəmir əksikliyini minimuma endirir. Dəmir mineralı, bəhməzdə, quru ərikdə, quru üzümdə, qırmızı ətdə, qaraciyər və balıq məhsullarında, yumurtada, müxtəlif çərəzlərdə (badam, fındıq kimi) çoxlu miqdarda dəmir olduğu bildirilir.


Tarix: 08.01.2015 / 11:54 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Saglamliq