beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaret çəkən qadınlar erkən ölür

Kanadanın Albert Universitetinin mütəxəssisləri hesab edirlər ki,hətta nadir halda belə siqaret çəkən qadınlar daha erkən ölür.Onların hesablamalarına əsasən qadının siqaret çəkməyə davam etdiyi hər 5 ildə ölüm təhlükəsi 8 faiz artmış olur.Alimlər ABŞ-da 1976-cı ildən aparılan 30-55 yaşarası yüz min qadının iştirak etdiyi böyük milli tədqiqatın nəticələrini təhlil etmişlər. Müəyyən edilmişdir ki,hətta gün ərzində 1-14 arası nadirən siqaret çəkən qadınlarda ani ürək dayanması ilə əlaqədar erkən ölüm riski kifayət qədər artıqdır.Alimlərin də təsdiq etdiyi kimi ani ürək ölümü qeyri-sağlam həyat tərzinin nəticəsi olan ürək problemlərinin nəticəsi olaraq meydana çıxır.Tədqiqatçılar ani ürək ölümünün qarşısını maksimum ölçüdə almaq üçün mütləq qaydada dərhal siqaret çəkməyin tərk edilməli lazım olduğunu bildirmişlər.


Tarix: 09.01.2013 / 22:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Saglamliq