beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeni il süfrəsinin 7 təhlükəsi

“Təcili yardım” briqadasında işləyən həkimlər yaxşı bilirlər ki,yeni il gecəsi və səhəri növbəni uğurla təhvil vermək üçün mümkün olanın üzərində olan bir qüvvə ilə işləmək lazımdır.Sadəcə ona görə ki,çağırışların sayı adi günlərə görə statistik olaraq ən azı 3 dəfə artır.Bayram günlərində daha sıx rast gəlinən patoloji halları ifadə etmək üçün “xüsusi tibbi terminologiya” belə var.Bunlardan biri də “Bayram ürəyi sindromudur.”Bu sindroma ürəyi həddindən artıq yükləyən spirtli içkilərin qəbulu zamanı rast gəlinir.Təsəvvür etsək ki,spirtli içkilərin artıqlaması ilə qəbulu ilə yanaşı həddini aşmış ölçüdə qidaların qəbulu,qazlaşdırılmış içkilərdən istifadə olunması,tütün məhsullarının artıq miqdarda istifadə olunması bayram gecəsi üçün adi bir hala çevrilir bu zaman təcili yardım stansiyasında telefonların praktiki olaraq susmamasının səbəbi aydın olar.Mütəxəssislər yeni il bayramı süfrəsi arxasında bizi hansı təhlükələr gözlədiyini və onlardan konkret olaraq necə qorunmaq lazım olduğunu aydınlaşdırmışlar.
Artıq qidalanma-Boston universitet klinikasının həkimləri müşahidə etmişlər ki,bütün bir çox bayramlar zamanı olduğu kimi yeni il bayramı günündə də günorta,xüsusilə axşam və səhər zamanı artıqlaması ilə qida qəbul etmək yeməkdən maksimum 2 saat sonra ürək tutmasının baş verməsi ilə nəticələnir.Xüsusilə bildirilir ki,qidadan sonrakı bir saat ərzində ürək tutması riski 10 dəfələrlə artmış olur.Əgər bayram günlərində qidalanmaya ürəyiniz “tab gətirməmişsə” mütləq olduğunuz yerin havasının dəyişdirilməsi və təmizlənməsinə diqqət edin,dil altınıza bir tablet nitroqliserin qoyun və ya onu bir kəsik şəkər ilə qatışdırılmış su ilə daxilə qəbul edin.O arteriyaların spazmının qarşısını almaqla yanaşı ürəyə qanaxımını da sürətləndirmiş olur.Nitroqliserin arterial təzyiqi aşağı saldığı üçün ayaqları aşağı sallayaraq oturmaq və ya uzanmaq uyğun görülür.
Ənənəvi yeni il bayramı menyusuna kəskin və yağlı qidalar daxildir.Xroniki pankreatitdən əziyyət çəkənlər üçün bu qidalar xüsusilə təhlükəlidir.Təəssüf ki.bir çox hallarda pasientlər ağrıdıqlarından və ya fizioloji olaraq əziyyət çəkdiklərindən belə xəbərsiz olurlar,çünki pankreatit qarışıq əlamətlərlə başlayır.Xəstələr qarının üst nahiyəsində xüsusilə sol qabırğaaltında ağrılar hiss edir,yeməkdən dərhal sonra öyümə və qusma,bəzən isə ishal müşahidə olunur. “Bayram yüklənməsi” vəziyyətin şiddətlənməsi ilə nəticələnir.Ağrı tədricək artaraq kəskin və dözülməz olur,temperatur yüksəlir və ürəkbulanması başlayır.Kəskin pankreatit zamanı hospitalizasiya mütləqdir və onun müalicəsi elə də asan deyildir.Pankreatitlərin əsas bayram səbəbkarı isə aşağıkeyfiyyətli spirtli içkilərin marinə olunmuş qidalar ilə qəbul olunmasıdır.Mədəaltı vəzi üçün şirin qazlaşdırılmış içkilər də eyni dərəcədə təhlükəlidir.Qanda vəzinin insulin sintez edərək situasiyanı balanslaşdırması üçün kifayət qədər çətin ola biləcək qədər şəkər tapılır.Bunu bilmək lazımdır ki,ürəkbulanması yarada biləcək çoxlu su qəbulu xüsusilə qadağan edilir.Bu “təhlükəsizlik tədbiri ”sadəcə vəziyyəti daha da gərginləşdirmiş olur. “Təcili yardım briqadası” gələnə kimi sadəcə maye və ya bərk şəkildə daxilə heç nə qəbul etməmək tövsiyyə olunur.1-2 tablet No-şpa qəbul etmək ağrının azalmasına kömək edə bilər,ancaq anamnezin düzgün toplanması və diaqnozun təyin olunması üçün heç bir ağrıkəsicidən xüsusi ehtiyac olmadığı halda istifadə etməmək məqsədəuyğundur.
Sağ hissədə ağrılar,yorğunluq,iştahanın itməsi,ürəkbulanması-qaraciyərin yorulduğunu siqnal verən əsas əlamətlərdəndir.Əgər siz spirtli içkilərdən daimi və ya bayram ərəfəsində də olsa belə istifadə edirsinizsə sadəcə bunu birdəfəlik olaraq yadda saxlamaq lazımdır ki,kişilər üçün gündəlik ölçü 300ml şərab və ya 90q tünd spirt,qadınlar üçün isə bundan 3 dəfə az 100ml şərab və ya 30q tünd spirt olaraq təyin olunmuşdur.Heç bir halda “özünüzə güvənərək” daha çox içməyə çalışmayın,çünki,qaraciyərin zədələnməsi zamanla baş versə də ani olaraq hiss olunur və zəncirvari reaksiya şəklində bütün orqanizmi mhəvə doğru sürükləyir.Qaraciyər daha da artıq yüklənməni qaldıra bilməyəcəyindən əlavə olaraq qəbul edilmiş spirt birbaşa hepatositlərin (qaraciyər hüceyrəsi) məhvinə səbəb olur.
Öd kisəsinin iltihabı da qorxulu hallardan biridir.Yeni il süfrəsinin təhlükəli nəticələrindən biri də öd kisəsində uzun müddər “sakit yatan” daşların oyanmasıdır.Bu hal xüsusilə qadınlarda daha sıx rast gəlinir.Əgər bəxtiniz gətirsə sadəcə sağ nahiyyədə ağrılar müşahidə olunacaq və vəziyyət ciddiləşmədən dərhal ötüşəcəkdir.Daha şiddətli və ardıcıl olaraq davam edən ağrılar adətən diaqnostik təsdiqlənmədən dərhal sonra daşların operativ olaraq xaric edilməsi ilə nəticələnir.Ağızda acı bir tamın olması öd kisəsi problemlərinin oyanması deməkdir.Əgər bir saata qədər ağrılar keçmirsə dərhal təcili yardıma müraciət edin.Ağrıların xüsusi qızdırıcı cihaz və ya nəsnələr ilə aradan qaldırılmasına çalışmayın.Bütün öd kisəsinə aid olan simptomlar soxulcanabənzər çıxıntının da iltihabı zamanı müşahidə olunur,ancaq həmin nahiyyəyə qızdırıcıların qoyulması vəziyyəti sadəcə bir neçə dəfə ağırlaşdırmış olacaqdır.
Qəbizlik,ishal,ürəkbulanması,qusma,mədə ağrısı və yanğı hissi,qaytarma,köp tipik yeni il bayramı sonrası problemlərdəndir.Artıq yüklü qidalanma zamanı mədə və onikibarmaq bağırsağın selikli qişasının zədələnməsi,iltihabı və xora xəstəliyi meydana gəlir.Xilasolma tədbiri isə ac qalmaqla müalicə və həzmi asanlaşdıran fermentativ tabletlərin qəbuludur.Bütün bunlarla yanaşı alkoqol və qida zəhərlənmələri də sıx rast gəlinən hallardan biridir.Bu vəziyyətdə özünüzdə mədənizi yuyaraq ilkin tibbi yardım edə bilərsiniz.Bunun üçün sadəcə mülayim temperaturlu 2-3 stəkan suyun qəbul olunması və məcburi qaydada qusma əməliyyatının icrası kifayət edir.Yalnız bundan sonra isti ətirli çay içmək olar.Kəskin qida zəhərlənmələri və alkoqol-qida yüklənməsi zamanı isə sobentlər-sorucu dərman preparatları sizin köməyinizə gələ bilər.Onlar toksinləri özlərinə birləşdirməklə orqanizmdən dərhal xaric edir.Bunlara aktivləşdirilmiş kömür,Enterosqel və başqalarını aid etmək olar.Alkoqol orqanizmin mineral balansını kəskin qaydada pozduğu üçün mikroelement tərkibli polivitaminlərin də qəbul olunması faydalı olacaqdır.
Qida allergiyası özünü dərhal qaşınma və dəri qızarması ilə büruzə edəcəkdir.Orqanizm keyfiyyətsiz spirt tərkibli içkilərə,müxtəlif nöc sitrus meyvələrinə,şokolada və digər qidalara qarşı bu şəkildə reaksiya edə bilər.Buna yalnız qidada fasilələr etmək və uyğun olmayanlardan imtina etmək kömək edə bilər.
Əksər insanlar bayram günü və xüsusilə gecəsinin keçirilməsinə o qədər fiziki və emosional enerji sərf edirlər ki,bayramdan sonrakı günlərdə asanlıqla depressiyaya düşə bilirlər.Bu nəticəyə Amerikanın Loyola universitet klinikasının psixiatrları gəlmişlər.Mütəxəssislər tətil günlərində sadəcə divanda uzanaraq tv izləmək və ya musiqiyə qulas asmaq əvəzinə daha aktiv işlərlə məşğul olmağı və ən azından küçədə gəzinməyi məsləhət görürlər.

Tibbi qeydlər
Asetilsalisil turşusu tərkibli dərman preparatlarının (aspirin və s.) spirtli içkilərlə birgə qəbulu mədə qanaxması ilə nəticələnə bilər.
Analqin və eyni tərkibli,müxtəlif adlı (Baralqin,Tempalgin və s.) dərman preparatlarının spirtli içki qəbul etdikdən sonra daxilə təyinatı zəhərlənmə ilə nəticələnə bilər.
Antidepressantlar (yuxugətiricilər) spirt ilə birgə yüksək effektlilik əldə edirlər ki,bu da tibbi praktika üçün xoşagəlməz hal hesab olunur.
Parasetamol tərkibli dərmanlar spirtlə birgə qəbul olunduğu halda daha zəhərli olur,xüsusilə qaraciyər və sinir sisteminə neqativ təsir etmiş olur.
Alkoqol antibiotiklərin müalicəvi effektini azaldır,əgər dərman preparatı ftorxinolonlar qrupundandırsa komatoz nəticələr də müşahidə oluna bilər.
Spirt allergiyaəleyhinə dərman preparatlarının təsirini azaltmaqla yanaşı onların əlavə təsir mexanizmllərini də artırmış olur.
Spirtli içkilər qəbulu zamanı göbələkəleyhinə dərman preparatlarının qəbulu daha ağır nəticələr verməklə yanaşı dərin süstlük halı ilə nəticələnə bilər.


Tarix: 09.01.2013 / 22:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 485 Bölmə: Saglamliq