Saglamliq → Əsəb
Həmin çağırışı həm həkimlərdən, həm də tibbi məlumatı olmayan şəxslərdən tez-tez eşitmək olar. Bu, təsadüfi deyildir. Hələ çox qədim zamanlarda müşahidə edilmişdir ki, insan bərk əsəbiləşən kimi bədən funksiyaları pozularaq müxtəlif dərəcədə nəzərə çarpan xəstəlik əlamətləri törənir. Bu, əlbəttə, hər kəsdə və həmişə olmur, lakin həmin hadisələr arasındakı əlaqəni izləməyə imkan verəcək dərəcədə tez-tez təsadüf edilir: deyildiyi kimi, emosiyalar, başqa sözlə, hisslər, təəssüratlar sinir sistemi və sağlamlıq üçün yük, sanki sinir sisteminə və bunun vasitəsilə bütün orqanizmə vurulan zərbədir.
Emosiyasız həyat yoxdur: ayıq şəxs daim nə isə hiss edir: sevinc və qəzəb, ləzzət və ya ikrah, özündən, öz işindən, öz ailə Ardı »