beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər eynəyin öz şəfası

Eynək çərçivəyə salınmış şüşə və ya şüşələrdən hazırlanmış bir vasitədir. Onun istifadə məqsədi müxtəlifdir. Eynəkdən görmə pozğunluğunu aradan qaldırmaq, gözlərin daha yaxşı görməsini təmin etmək, xarici təsirlərdən müdafiə etmək, elektromaqnit şüalanmalardan qorunmaq və ya sadəcə aksessuar məqsədilə istifadə olunur.

Hazırda eynəklər bir çox sahədə və ən əsası görmə qabiliyyətinin artırılmasında geniş istifadə edilir. Bu o deməkdir ki, eynək insanın ən həssas qabiliyyətlərindən biri olan görmə funksiyasını yerinə yetirən gözlərin rahatlığını təmin etməlidir. Buna görə də eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından özünüzə ən rahatını tapmaqdır. Eynək almazdan əvvəl göz həkiminə müraciət edin. Əgər sizin görmə qabiliyyətinizdə problemlər varsa o, sizə düzgün diopteriyalı eynək seçməkdə kömək edəcək.

Yay fəsli gün eynəklərinin ən çox istifadə olunduğu bir dövrdür. Buna görə də hazırda istifadəsi çox aktual olan gün eynəklərini alarkən diqqətli olmaq vacibdir. İstifadəyə yararsız gün eynəklərinin taxılması insanların sağlamlığına mənfi təsir göstərir. Eynək seçərkən çoxları onun hazırlandığı materiala, keyfiyyətinə yox, formasına üstünlük verir. Bu da son-radan həm gözdə, həm də ümumilikdə orqanizmdə müxtəlif fəsadlar törədir. Hətta həkim məsləhəti olmadan alınan eynəklərdən uzun-müddətli istifadə göz xərçənginin yaranma ehtimalını artırır.

Düzgün təyin edilməyən eynək göz əyarının dəyişməsinə səbəb olur və bu problemi sonradan aradan qaldırmaq üçün çox zaman cərrahi müdaxiləyə ehtiyac yaranır.

Mütəxəssislər gün eynəklərindən istifadənin zəruriliyini qeyd etməklə yanaşı, onu da bildirirlər ki, yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır.

Gün eynəkləri əsasən üç qrupa ayrılır: Kosmetik, gündən qoruyan adi və çox yüksək müdafiəli eynəklər.

Kosmetik eynəklər kosmetik funksiyanı yerinə yetirərək, imici nəzərə çarpdıran aksessuar rolunu oynayır. Onlar sizi günəşdən qorumasa da, ziyan da vurmayacaq. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir.

Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq, sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu, polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə edə bilərsiniz. “Xameleon” adlanan fotoxromlu şüşə isə çox zərifdir. Onlar göz üçün rahatlıq və optimal müdafiə yaradaraq, işıqlandırmadan asılı olaraq, rənglərini dəyişirlər.

İndisə oxuculara eynəklər qədər istifadəsi geniş yayılmış kontakt linzaları haqqında danışacağıq. Ümumiyyətlə, gözün optik korreksiyasının üç növü məlumdur: eynək, kontakt linzaları və cərahiyyə vasitəsilə. Ancaq bu gün istifadə edilən korreksiya metodları tam şəkildə biri-birinin alternativi deyil. Onların hər birinin müxtəlif situasiyalarda mənfi və müsbət cəhətləri var. Məsələn, adətən, eynək taxan adam tennis oynamaq və ya ova çıxmaq üçün kontakt linzalardan istifadə edir.

Və yaxud yaşı 40-dan yuxarı olan şəxsə eksimer-lazerli cərahiyyə edilibsə o, avtomobili eynəksiz sürür, amma mütaliə zamanı yenidən ondan istifadə edir.

Son zamanlar gözün kontaklı korreksiyası daha geniş yayılıb. Yerli bazarda xarici firmaların istehsal etdiyi çoxsaylı kontakt linzaları və onlara qulluq vasitələrini görmək olar. Əksəriyyət eynəklərini kontakt linzalarına dəyişərək daha aktiv həyat tərzi sürmək imkanı əldə edirlər. Onlar rahat idmanla məşğul olur, özünü sağlam və komplekslərdən azad hiss edirlər.

Yumşaq kontakt linzaların ənənəvi və planlı şəkildə dəyişilən növləri var. Ənənəvi linzalar uzun müddət – bir neçə ay istifadə edilir. Belə linzalara artıq qalıqlar çox yığılır və onları təmizləmək üçün xüsusi qulluq tələb olunur. Planlı şəkildə dəyişilən linzalar isə bir neçə cüt olur və mütəmadi olaraq (ayda 1-2 dəfə və ya çox) əvəz edilir. Müəyyən vaxtdan sonra istifadə olunmuş bu linzalar tullanır, təmiz və Kontakt linzaları gəzdirərkən bir neçə xeyirli məsləhətə əməl etsəniz, rahatlığınızı təmin edərsiniz:
Hər dəfə linzalarınızı çıxardıqda onları təmizləyin.
Qarışıqlıq düşməsin deyə, əlinizə linzanın birini götürün.
Linzaları saxlandığı konteynerdən çıxardıqdan sonra işlənmiş məhlulu tullayın, konteyneri isə yuyun və qurulayın.
Oftalmoloqun linzalarınıza qulluqla bağlı tövsiyələrinə ciddi əməl edin.
Linzaların dezinfeksiyası və saxlanılması üçün nəzərdə tutulan universal təmizləyici məhlulu adi fizioloji məhlula dəyişməyin. Çünki fizioloji məhlul, dezinfeksiya etmək xüsusiyyətinə malik deyil.
Linzalar həmişə yaxşı vəziyyətdə olmalıdır. Kontakt linzalardakı istənilən zədələnmə onları əvəz etməyi tələb edir.

təzələri ilə əvəz olunur. Buna görə də onlara qulluq daha asandır. Gündəlik dəyişdirilən birdəfəlik linzaların isə heç bir qulluğa ehtiyacı yoxdur.

Oftalmoloq və kontaktlı linza istifadəçiləri birdəfəlik linzalara daha çox üstünlük verirlər. Planlı şəkildə dəyişilən linzalar qısa ömürlü olur -1 gündən 3 aya qədər müddətə nəzərdə tutulur. Belə linzalar infeksiya və allergiya fəsadlarının azalmasını təmin edir. Linzaların optik şəffaflığı onların üst qatının təmizliyindən

asılıdır. Mütəmadi əvəzləmə zədələnmiş linzaların gəzdiril-məsinin də qarşısını alır. Belə linzalar bir neçə cüt satıldığından itirilmə və ya

zədələnmə vaxtı ehtiyat linzalardan istifadə etmək olur.

Ənənəvi linzalarda isə zədələnmə pasiyentin gözündə qıcıqlanma yarada bilər. Uzun müddətli istifadə mikroorqanizmlərin toplanmasına da səbəb olur. Pasiyentlərin əksəriyyəti yumşaq kontakt linzalardan istifadə edirlər, ancaq bəzi göz xəstəliklərində, məsələn, astiqmatizm, keratokonusda bərk, möhkəm kontakt linzalar məsləhət görülür.

Kontakt linzalarını həkim məsləhəti ilə seçmək lazımdır. Linza həkim-oftalmoloqa müraciət edilməklə görmə qabiliyyətinin pozulmasının növü və səviyyəsindən, yaşdan və sağlamlıqdan asılı olaraq seçilməlidir. Bu, çox vacibdir, çünki kontakt linzaların gəzdirilməsinin bir sıra zərərli tərəfləri də var.

Linzalar bir qayda olaraq, gündüz gəzdirilmək üçün nəzərdə tutulur. Səhər qoyulur və yatmazdan əvvəl çıxarılır. Son zamanlar xüsusi linzalar var ki, onları yatarkən çıxarmamaq da olar. Ancaq uzunmüddətli istifadə, sonradan müalicəyə ehtiyacı olan fəsadlara gətirib çıxarır.

Həkimlər linzalarla yatmağı qətiyyən məsləhət görmürlər. Bağlanmış göz qapaqları linzanı əzir və bu da gözün qidalanmasını pozur. Əgər linzalarınızın təlimatında onları yatarkən geymək mümkün olduğu yazılsa belə, bundan qaçmaq lazımdır. Kontakt linzaları gündəlik dezinfeksiya etmək, təmizləmək və xüsusi məhlulda

Linzalardan istifadə edərkən:
Linzanı şəhadət barmağınızın ucuna qoyun və onun tərs üzünə çevirilməməsinə diqqət edin.
Eyni əlinizin orta barmağı ilə alt göz qapağını aşağı dartın.
O biri əlinizlə üst göz qapağını yuxarıya doğru dartın və linzanı göz bəbəyinə qoyun.
Sonra sakitcə göz qapaqlarını buraxın, gözünüzü qırpın. Linza yerinə oturacaq.

Linzaları çıxararkən:
Gözlərinizi yuxarı qaldırın və orta barmağınızla alt göz qapağını aşağı dartın.
Şəhadət barmağınızla linzanı bəbəkdən gözün ağına tərəf itələyin.
Ehtiyatla böyük və şəhadət barmağınızın arasında linzanı gözdən götürün.
Linzanı çıxararaq ovucunuza qoyun.
Kontakt linzaların təmizlən-məsi üçün nəzərdə tutulan məhlul-dan bir neçə damcı linzanın üst və alt qatına damızdırın. Digər əlinizlə linzanı 15 saniyə səliqə ilə silin (bu qayda rəngli linzalar üçün nəzərdə tutulmayıb).
Təmizləyici məhlulla linzanın hər iki tərəfini yaxşıca yuyun.
Linzanı konteynerin uyğun şöbəsinə qoyun, konteyneri təmizləyici məhlulla doldurun və qapağını möhkəm bağlayın.
Eyni proseduru linzanın o biri tayı üçün də təkrarlayın.


Tarix: 27.12.2012 / 18:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 558 Bölmə: Saglamliq