beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aqnisara kriya

Qarın əzələlərinin zəifləməsi orqanizmin həzm, tənəffüs və reproduktiv sistemlərində müxtəlif xəstəliklər və pozuntuların yaranmasının əsas səbəbidir. Qarın hissəsində ən böyük sahə tutan və ən vacib olan əzələ diafraqmadır (son zamanlara qədər həkimlər ona böyük əhəmiyyət vermirdilər). A.Zalmanov yazır: “Sağlam orqanizmdə diafraqma 1 dəqiqədə 18 dəfə rəqs edir. Rəqslər zamanı diafraqma 4 sm aşağı və 4 sm yuxarı hərəkət edir, yəni onun amplitudası 8 sm-dir. Diafraqma 1 dəqiqədə 18 dəfə, 1 saatda 1000 dəfə, 24 saatda isə 24000

dəfə rəqs edir! Görün, diafraqma nə dərəcədə böyük iş görür! Diafraqma bir nasos kimi işləyir, qaraciyəri, dalağı, bağırsaqları sıxır, portal və qarın qan dövranlarını yaxşılaşdırır.

Diafraqma qarnın qan və limfatik damarlarını sıxıb venalar sistemini boşaldır və qanı döş qəfəsinə tərəf itələyir. Buna görə də diafraqmanı “ikinci vena ürəyi” adlandırmaq olar.

Diafraqmanın 1 dəqiqə ərzində etdiyi hərəkətlərin sayı ürək hərəkətlərinin sayından ¼ hissəsini təşkil edir, lakin diafraqmanın hemodinamik təzyiqi ürək döyüntülərindən daha çoxdur, çünki diafraqmanın sahəsi çox böyükdür.

Diafraqmanın fəaliyyətinin yaxşılaşdırılması qaraciyərin ən ağır xəstəliklərinin sağalmasına kömək edir.

Diafraqma hərəkətlərinin amplitudunun gücləndirilməsini, daxili orqanların masajını sadə və təsirli bir üsulla etmək olar – aqnisara kriya (sanskrit dilində “alov əmələ gətirən hərəkət”). Bu üsul bədəndə daxili çirkabları yandıran həzmedici alovu qızışdırır və gücləndirir.

Bundan başqa, müxtəlif Yoqa məşqləri (nauli, uddiyana) üçün qarın əzələlərinin şüur vasitəsilə dərk edib onları idarə etmək bacarığı tələb olunur. Aqnisara kriya onlar üçün hazırlıq üsulu kimi çıxış edir.

Üsulun icrası
Ayağa durub onları təxminən yarım metr aralayın, dizlərinizi isə bir qədər bükün. Sonra bir qədər qabağa əyilin və əllərinizi dizlərinizin üstünə qoyun (əllərinizi düz saxlayın). Gözlərinizi yumub qarın tərəfə istiqamətləndirin. Ağzınızı açıb dilinizi çıxardın, sonra nəfəsin imkan verdiyi dərəcədə qarnınızı daxilə çəkib qabağa verin. Nəfəsinizi qarın hərəkətləri ilə uyğunlaşdırın. Hərəkətləri mümkün qədər tez-tez, lakin gərginliksiz etmək lazımdır. Yüngül yorğunluq hiss edən ki-mi, hərəkətləri dayandırın. Sonra istirahət edin, nəfəsiniz normal qaydaya düşən kimi hərəkətləri bir də edin. Birinci dəfə edənlərə 20-25 dəfədən ibarət olan üç dövr etmək kifayətdir.
Üsulun daha təsirli növü: dərindən nəfəs alın, sonra diafraqmanın qüvvətli hərəkəti ilə ağciyərlərinizdən havanı buraxıb nəfəs almadan qarnınızı qabağa verin və içəri çəkin. Bir neçə dəfə hərəkətləri təkrar edin. Yüngül yorğunluq hiss edən kimi, hərəkətləri bitirin. İstirahət edəndən sonra bir də bu hərəkətləri təkrar edin. Nəfəs saxlama müddətini tədricən artırın. Bu üsulu daban üstə oturub (virasana) və ya “şanagüllə” (padmasana) duruşunda etmək olar.

Üsulun xeyri

Aqnisara kriya qarın əzələlərini möhkəmləndirir və onunla bağlı sinirləri qıcıqlandırır, daxili orqanların masajını edir və bunun nəticəsində insanın gümrahlığı və optimizmi artır. Mədə şirəsinin düzgün ifrazatına müsbət təsir göstərdiyindən həzm prosesi asanlaşır. Qəbəliyi, qidanın həzm olunmamasını, turşuluğu, qarın köpünü (meteorizmi), qaraciyərin süstlüyünü və s. aradan götürür. Kök adamlara çəkini aşağı salmağa və cavanlaşmağa kömək edir.

Xəbərdarlıq

Kuncala kriyada olan hüdudlar bu üsula da aiddir. Dəbəlik, mədə yarası, yüksək qan təzyiqi və ürək xəstəlikləri olan adamlar aqnisara kriyanı etməməlidir. Bundan başqa, qadınlara mens-truasiya və hamiləlik zamanı aqnisara kriyam etmək qadağandır. Hamilə qadınlar uşaq doğulandan ay yarım sonra dartılmış qarın əzələlərini yığmaq üçün bu üsulu edə bilər. Üsulu qida qəbulundan sonra və aclıq çəkmə zamanı və ondan sonra etmək olmaz.


Tarix: 27.12.2012 / 11:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 520 Bölmə: Saglamliq