beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düz qarın üçün tövsiyələr

Dümdüz, qüsursuz qarın istəyirsinizmi, xanımlar?

Çox güman ki, düşünmədən bu suala “hə” cavabını verdiniz. O zaman buyurun aşağıdakı məsləhətlərə birlikdə nəzər salaq. Mütəxəssislər tərəfindən təklif edilən bu tövsiyələr sizin qarnınızı incəldərək istədiyiniz görkəmə düşməyinizə kömək edəcək.

İncə belə sahib olmanın yolu təbii ki, idmandan keçir. Dümdüz bir qarına sahib olmaq və göbək ətrafı yağlardan azad olmaq üçün idman etmək birinci şərtdir.

Gündəlik rasionunuza yaşıl çayı mütləq daxil edin. Yaşıl çay bel hissəsində piyləri əritmək qabiliyyətinə malikdir.
Qəlyanaltıda ananas suyu içmək çox faydalıdır.
Yeməkləri yaxşıca çeynədikdən sonra udun.
Toyuq, qırmızı ət və yumurta kimi zülallı ərzaqlarla qidalanın.
Duzdan isə mümkün qədər az istifaə edin.
Stressdən uzaq olun. Stressli həyat çox yeməyinizə səbəb olar.


Tarix: 26.12.2012 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 484 Bölmə: Saglamliq