beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəlidən doğru xəbər

Psixiatrlara görə, yer üzündə tam normal adam yoxdur. Aysel ən qəribə psixi xəstəlikləri təqdim edir.

Kotard sindromu

Bu xəstəlikdən əziyyət çəkən özünü ölmüş və var olmamış kimi his edir. O, həyati gücünü, qanını və daxili orqanlarını itirdiyini düşünür. Bu, depressiya və ya əqli cəhətdən geri qalmalarla bağlı ola bilər.

Kleptomaniya

Xəstə ona lazım olmayan əşyaları belə oğurlamağa məcburdur. Özündən asılı olmayaraq tualet kağızından tutmuş oteldə başmaqlar və qapı dəstəyinə qədər götürür. Kleptomaniyadan çox zaman qadınlar əziyyət çəkir. Alimlər bunu beyində mineralların disbalansı ilə əlaqələndirirlər.

Kapqras yanılması

Xəstələnən adam hesab edir ki, ailəsinin üzvü, çox zaman həyat yoldaşı əslində, kloundur, yəni özü deyil. Xəstə həyat yoldaşı ilə yatmaqdan imtina edir. Bəzi araşdırıcılar bunun beyin zədələnməsi və ya dərmanların həddindən artıq qəbulu ilə əlaqədar olduğunu bildirir.

Sisero (Pico)

Bu spesifik xəstəlik insana yeyilməyən şeyləri yeməyə vadar edir. Xəstələr kağız, zibil, yapışqan, palçıq və başqa şeyləri yeyir. Alimlərə görə, heyvanlar kimi, insanlar da orqanizmdə hansısa mineral və ya mikroelementlərin çatışmazlığını hiss edəndə onu bərpa etməyə çalışır. Əgər iştahanızdan divarı yalamaq keçirsə, mütləq analiz verin.

Yox olan genitali sindromu

Bu sindromdan həm kişilər, həm də qadınlar əziyyət çəkir. Kişilərə elə gəlir ki, onların cinsiyyət orqanı balacalaşıb və qarnına girib. Qadınlar isə döşlərinin bədənlərinə girdiyini düşünür. Bəzən insanlar fikirləşir, bu, cadu əməlidir.

Lata

Xəstəlik yetkin yaşlı qadınlarda müşahidə olunur. Xəstə özünənəzarəti davranış tərzini yamsılayır, bəzənsə ona verilən əmrlərinə tam əməl edən zombiyə çevrilir. Belə qadın istənilən adamı vura bilər, yetər ki, ona əmr verilsin.

Qüds sindromu

Bu xəstəlik – dini psixozdur. Xəstə Qüdsü ziyarət edəndən sonra elə düşünməyə başlayır ki, o, Allahın elçisidir və öz dinini quraraq günahkarları təmizləməyə çalışır. Bu sindrom Qüdsü tərk edən turistlərdə 2 həftədən sonra keçir.

Porfiriya

Və ya vampirizm – hemoqlobin sintezinin pozulduğu qaraciyər patalogiyasıdır. Xəstə elə düşünür ki, vampirdir, hətta vampirin onu necə dişlədiyini «xatırlaya» da bilər. Bunun dəqiq səbəbləri məlum deyil, nəticədə xəstə gün işığından qorxur. Başqa insanın qanını içmək isə onlara müvəqqəti rahatlıq gətirir.

Susuzluq sidromu

Bu, nadir xəstəlikdir. Xəstə daim su içir, bəzən gündə 30 litr. Bu da ürək və böyrəyə güc salır. Belə insan müalicə olunmazsa, tezliklə beyin şişməsindən ölə bilər. Xəstəliyin səbəbi molum deyil.

Özgə əl sindromu

Xəstənin bir əli sözünə baxmır: onu boğur, bədənini çimdikləyir və s. Bəzən əsəbiləşir, əlin sahibi ilə mübahisə edir – bir əl ayaqqabının bağını bağlayır, o birisi isə açır. Əl qeyri-şüuri hərəkətlər etməyə başlayır. Alimlərə görə, bu, beyin yarımkürələri arasında əlaqənin pozulması ilə bağlıdır.

Partlayan baş sindromu

Bu sindromdan əziyyət çəkən başında səs və ya partlayış hiss edir. Bu, adətən yatandan iki saat sonra baş verir. Pasiyent həyəcən, taxikardiya keçirir. Mütəxəssislər hesab edir ki, bu, sterss və insanın yüklənməsilə əlaqədardır.


Tarix: 27.12.2012 / 11:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 530 Bölmə: Saglamliq