beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sutra neti

Sutra neti burun yollarının təmizlənməsinin gücləndirilmiş üsuludur. Bu üsul üçün sutra (eşilmiş və mumlanmış sap) və ya nazik (№ 5-11) rezin kateterdən istifadə edilir. Kateter son zamanlar daha çox yayılmışdır, o elastikdir, həm də üsulu icra etdikdən sonra asanlıqla yuyulur və ondan uzun müddət ərzində istifadə etmək olar. Lakin ənənəvi sutra burnu daha yaxşı təmizləyir. Ona görə də biz sutram qədim üsula uyğunlaşdıracayıq.

Üsulun icrası. Sutra üçün istifadə olunan sap yalnız pambıqdan və ya kətandan hazırlanır. Bir neçə uzunluğu 50 sm qədər olan sap kəsib onları bir yerdə eşirlər. Eşilmiş sapların diametri burun yollarının orta eni qədər olmalıdır (3 mm).

Təmiz və təbii mumu (parafin olmaz) əridin, sonra isə iiç eşilmiş sapı birləşdirib düyünləyin (sap mumlanandan sonra düyünü kəsin). Eşilmiş sapı əridilmiş muma təxminən 12 sm salıb tez çıxarın. Mum bərkiməli, hazır sap (sutra) isə elastik olmalıdır. Eşilmiş və mumlanmış sutranın istifadə etmə müddəti qısa olduğuna görə, bir neçə sutra düzəldib onları təmiz qutuda saxlayın.

Sutra netim vanna, ləyən və ya vedrənin üzərində əyilib çömələrək oturub və ya ayaq üstə edirlər. Bu üsulu sağlam insanlar üçün həftədə bır dəfə səhər vaxtı tətbiq etmək kifayətdir, lakin xroniki zökəm və ya müxtəlif gənzik xəstəliklərinə məruz qalanlara və çirkli, tozlu hava şəraitində işləyən şəxslərə hər gün sutra netin etmək olar.

Sutram yavaşca fırladaraq sol burun dəliyinizə daxil edin (üsulu asanlaşdırmaq məqsədilə sutramn ucunu əyin). Narahatlıq və ya ağrı hissi varsa, sapın daxil edilməsini dayandırın, yoxdursa, gec-tez Siz sapın ucunun boğazınıza keçdiyini hiss edəcəksiniz. O zaman baş və şəhadət barmaqlarınızla sapı tutun və onun ucunu ağzınızdan çıxardın. İlk vaxtlar Sizdə asqırma və ya yüngül ürək bulanması ola bilər, lakin Sizin təcrübəniz artdıqca bu narahatlıqlar keçəcək. Birinci prosedurlarda külli miqdarda yapışqan selik çıxacaq – Ayurvedaya. görə, bunun səbəbi kaphanın çox olmasındadır.

Sapın iki ucunu tutub onu dala-qabağa çəkməklə 15 hərəkətə qədər edin (“mişarlama”), sonra isə sapı mumlanmış ucundan tutub burnunuzdan ehtiyatla çıxardın. Eyni ardıcıllıqla digər burun dəliyinizdən sapı keçirdib həmin hərəkətləri təkrar edin.

Sutra netim cala neti ilə tamamlamaq yaxşıdır, sonra isə eşilmiş və mumlanmış sapı qaynar su və sabunla yuyurlar. Bir neçə məşqdən sonra sapı dəyişmək olar.

Üsulun xeyri. Sutra netinin verdiyi xeyir cala netinin verdiyi xeyirə uyğundur, həm də burnun selikli qişasının masaj edilməsi nəticəsində qan dövranı yaxşılaşır, sinir ucları qıcıqlandırılır və bununla əlaqədar orqanların fəaliyyəti yaxşılaşır. Sutra neti beyində oksigen çatışmamazlığı ilə əlaqədar miqreni aradan götürür və gözlərə müsbət təsir göstərir.





Sutra netini uzun müddət ərzində tətbiq etdikdə (yaşdan asılı olaraq bunun üçün 1 il və ya daha artıq müddət lazımdır), əyilmiş burun arakəsməsini düzəlir. Bu o deməkdir ki, nəfəs axını (sol və sağ) tarazlaşır və beyin fəaliyyətinə müsbət təsir göstərilir.


Tarix: 27.12.2012 / 18:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 503 Bölmə: Saglamliq