beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlamlığa zərərli vərdişlər

Zərərli vərdişlərə başlamaq səbəbləri hansılardır?
Maraqlı olmaq.
Dostların təzyiqinə məruz qalmaq.
Problemlərinə həll yolu axtarmaq və onlardan uzaqlaşmaq.
Fərqli görünmək.
Müəyyən bir qrupa aid olmaq.
Əylənmək.

Bununla mübarizə yolları hansılardır?

Narkotik maddə istifadə edən insanlar müalicə oluna bilərlər. Əsasən də müalicənin qaydalarına əməl edən insanlarda narkotikadan uzaqlaşmaq ehtimalı daha böyükdür.

Bunları bilirsinizmi?
Qarşımızdakı 20 il içərisində siqaret, SPİD, vərəm, nəqliyyat qəzaları, qadın ölümləri, intihar, cinaytələrin indiki sayından daha çox insanın ölümünə səbəb olacaqdır.
Siqaret istifadə etdiyi üçün ölən hər 9 insan, istifadə etmədiyi halda tüstüsünü qəbul edən 1 insanın da ölümünə səbəb olur.
Maddə asılılığı yalnız həmin insanın özünə deyil, ətrafına da ziyan verir.
Asılılıqla mübarizə insanın öz əlindədir. Cinayətlərin 85 faizi, həyat yoldaşlarını döyənlərin 70 faizi, nəqliyyat qəzalarının 65 faizi, ağıl xəstəliklərinin 60 faizi, təcavüzlərin 50 faizi, zorakılıq hallarının baş verməsinin 50 faizi alkoqoldan istifadə edilməsidir.

Sağlamlığa mənfi təsir edən, zərərli olduğunu biləndə asanlıqla tərk edilməyən vərdişlərə sağlamlığa zərərli vərdişlər deyilir.


AsılılıqSağlamlığa zərərli olan və asılılıq yaradan vərdişlərin ən çox məlum olanları və sağlamlığa ən çox təsir edənlər siqaret, spirtli içki və narkotik maddədir.

Asılılıq, insanın istifadə etdiyi maddə üzərində öz kontrolunu itirməsi və onsuz həyat sürə bilməməsidir. Asılılıq, istifadə edilən maddənin xüsusiyyətlərinə görə dəyişən bir müddətdə ortaya çıxır. Bəzi maddələr daha tez zamanda asılılıq yaradərkən, bəzi maddələr isə daha uzun müddətdən sonar asılılıq yaradır. Misal üçün, gündə bir ədəd siqaret çəkmək bir aydan sonar asılılığa yol açarkən, müntəzəm olaraq spirtli içki qəbul etmək 3-5 ilə asılılıq yaradır. Siqareti sınamaq üçün istifadə edən hər dörd nəfərdən üçü siqaretdən asılı hala düşür.

Asılılığın formalaşması
İlk tanışlıq: maddədən yalnız sınamaq üçün istifadə edilir.
Vaxtaşırı istifadə etmək: maddə vaxtaşırı istifadə edilir, insana ziyanı yox kimidir, asılı olmadan da istifadə edilə biləcək kimidir. Əhvalı açmaq məqsədilə az miqdarda qəbul edilən maddələr getdikcə insan üçün “əhəmiyyət” daşımağa başlayar.
Davamlı olaraq istifadə: eyni təsiri bağışlamaz, davamlı olaraq istifadə etmək zamanla asılılıq yaradar. Getdikcə maddəni əldə etmək üçün daha çox səy göstərilir. Asılı olan insan bütün gücünü itirər. Maddədən istifadə etməyə davam edər. İnsan, asılı olduğu üçün maddəni qəbul etməyə məcbur olur. Maddəni axtarmaqla daha çox məşğul olur. İnsan maddədən getdikcə daha çox istifadə etməyə başlayır.

İnsanda istifadə etdiyi maddəni azaltdığı, ala bilmədiyi və istifadə edə bilmədiyi vaxtlarda məhrum olma əlamətləri ortaya çıxır. Bu əlamətlər (titrəmə, narahatlıq, xəyal görmə və s) hər maddəyə görə dəyişir. Məhrum olma əlamətlərini sakitləşdirmək üçün təkrar maddə qəbul etmək məcburiyyətində qalır. Asılılıq azadlığı oğurlayar, sağlamlığı pozar və ölümə səbəb ola bilər.

Asılı kimdir?
İstifadə etdiyi maddənin miqdarını artırırsa,
Məhrum olma əlaməti olakaq depressiyaya düşürsə,
Maddə qəbul etməklə rahatlaşırsa,
Ruhi, fiziki və ictimai zərər yaşayırsa,
Məsuliyyət daşıdığı məsələlərə laqeyd yanaşırsa.

Asılı olma, azad ol


Tarix: 27.12.2012 / 11:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 519 Bölmə: Saglamliq