beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vatasara dhauti

Yoqada hər bir təbii fəaliyyət təmizləmə üsulu ola bilər o şərtlə ki, şüur orqanizmin funksiyalarını idarə edir. Ona görə gəyirmə də diqqətsiz qalmayıb. Ayurvedaya görə, mədənin üçdə bir hissəsini qida, digər üçdə bir hissəsini su, qalan üçdə bir hissəsini isə hava (başqa bir nisbət var: ½ , ¼ və ¼ ) tutmalıdır. Qərb diyetologiyası da mədədə “boş”, yəni hava ilə dolmuş yer saxlamağa təklif edir.

Xəstəliklərin çoxusu həzm prosesinin pozulmasından əmələ gəlir, vatasara dhauti da bu istiqamətdə, yəni orqanizmin sağalmasında, kömək edə bilər. Bəlkə də, bu üsul kiməsə ədəbli görünməz. Buna baxmayaraq, biz bu üsul haqqında məlumatı Sizə təqdim edirik.

Üsulun icrası. Rahat bir oturma duruşu qəbul edin. Məqsəd ondadır ki, nəfəs alanda biz havanı ağciyərlərə yox, mədəyə yönəldək. Qheranda samhitada deyilən kimi, ağzınızı açıb dodaqlarınızı yumru edin. Sonra mədədə vakuum yaradıb havanı sorun və onu suyu udan kimi udun. Bu o qədər də çətin deyil, sadəcə müəyyən müddət ərzində təcrübə əldə etmək lazımdır. Mədəni hava ilə bir nəfəsə və ya bir neçə qurtumla doldurun, sonra isə qarın əzələlərini tamamilə boşaldın. Havanı çıxarmağa cəhd etməyin, o özü çıxmalıdır.

Üsulun xeyri

Bu üsulun əsas xeyri mədəni durğun və üfunətli qazlardan təmizləməkdir. Bundan başqa, mədə lazımi qədər oksigenlə təmin olunduqdan sonra həzm prosesi və mədədə gedən kimyəvi reaksiyalar yaxşılaşır. Oksigen yüksək turşuluğun və qıcqırmanın qarşısını almağa kömək edir.


Tarix: 27.12.2012 / 11:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 304 Bölmə: Saglamliq