beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sizi yuxusuz qoyan faktorlar

Yuxu keyfiyyətinə müxtəlif ağrılar, depressiya halları, əlavə iş vaxtları, hormonal dəyişmələr, xəstəliklər, səyahət zamanı olan "jet-lag" (Saat fərqi olan ölkələrə tez-tez səyahətlər edirsinizsə yuxusuzluq qaçılmazdır), yuxu nizamsızlığı, dərman istifadəsi və s. faktorlar təsir edir.
Bildiyimiz kimi, xroniki və ya sadə ağrılar insanı yuxusuz buraxmaq üçün yetərlidir. Edilən araşdırmalar nəticəsində baş, boyun, kürək, əzələ və oynaq ağrıları yaşayanların eyni zamanda yuxu problemi yaşadıqları müəyyən edilib.
Yuxu keyfiyyətini salan faktorlar arasında nəfəs nizamsızlığı yaradan xorlamada iştirak etməkdədir. Xorlama probleminizi aradan qaldırmaq üçün mütəxəssis bir həkimə müraciət edərək müayinə olmalı və müalicə variantlarını sınayaraq yuxu probleminizə son qoya bilərsiz.
Menopauza, hamiləlik və ya regl dövrlərində dəyişən hormonal tarazlıqlar yuxusuzluğa səbəb olur.
Yuxu nizamını pozan cəhətlərdən biri xəstəlikdir. Yuxarı tənəffüs yollarında meydana gələn xəstəliklər, allergik vəziyyətlər və ya astma kimi nəfəs alma çətinliyi və digər narahatlıqlar da yuxusuzluq yaradır.
Bəzi dərmanlar da yuxu keyfiyyətinə təsir göstərir. Bunların tərkibində kofein xüsusi fərqlənir. Yuxu problemi yaşayanlar bu səbəbdən dərman istifadəsində diqqətli olmalıdır.
Yuxarıda sadalanan faktorları müalicə etmək üçün ilk öncə yaranan (baş, boyun, kürək, əzələ və s.) ağrıları aradan qaldırmaq, daha sonra yuxusuzluğu müalicə etmək olar. Həmçinin psixoloq məsləhəti də faydalıdır. Çünki, müalicə seansları zamanı insanda həm depresif düşüncələr həm də yuxu problemi öz həllini tapır.


Tarix: 08.01.2015 / 11:20 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Saglamliq