beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zümrüd Yağmur

Abıyeva Zümrüd İsrafil qızı(Zümrüd Yağmur) — nasir, ədəbiyyatşünas, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1971).

Həyatı

Zümrüd Yağmur 1971-ci il martın 20-də Masallı rayonunun Məmmədxanlı kəndində anadan olmuşdur. Şərəfə kənd orta bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1984-1994).Hələ tələbəykən "Müstəqil qəzet" köşə yazarı kimi fəaliiyyətə başlamışdır. 90-cı illərdən ədəbi yaradıcılığa başlamışdır. "Müstəqil qəzet"də müxbir işlədiyi illərdə dövri mətbuatda hekayələri, elmi, fəlsəfi məqalələri dərc edilmişdir. "Hüseyn Cavid yaradıcılığında insan konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1997). "Suada" adlı povest və hekayələr toplusu nəşr olunmuşdur (1997). "İnsan axtarışında" (1998) kitabı bədii ədəbiyyatda insan konsepsiyası probleminə həsr edilmişdir. Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyində elmi redaktor olmuşdur (1996-1999). Bu müddət ərzində o eyni zamanda "Önər" jurnalının baş redaktoru kimi də şalışmışdır.O 1999-cu ildə həmçinin "Müasir Azərbaycan nəsrində insan konsepsiyası"adlı doktorluq üzərində işə başlamış, 2000-ci ildə elmi işini tamamlamışdır. Bir müddət yazılarına ara verən, mətbuatda ancaq az saylı hekayələri ilə çıxış edən Zümrüd Yağmun təqribən 10 illik fasilədən sonra yeni kitabı işıq üzü görmüşdür. 2009-cu ildə "Günahkarın ölüm" hekayələr kitabı nəşr olunmuşdur. Yazarın ilk romanı "Allah qayıdır!?" əsəri siyasi romandlr. Ölkəsindəki diktatira durumunu anladan, insanların sarsıntılarını dilə gətirən və eyni zamanda ölkədəki ədalətsizlikləri real obrazların protetiplərilə canladıran müəllifun bu əsəri kifayət qədər müzakirələrə səbəb olmuşdur. 1012-ci ildə daha bir roman "Dirirləri basdırın" adlı əsəri dərc olunmuşdur.Müəllif siyasi roman adlandırmasa da əsər siyasi çalarla boldur. Əsər "diktatorlara ithafən" yazlıb və müəllif insanların güc əldə etmək istəyinin hansı faciələrə yol açdığını qələmə almışdır. Yazarın "Günahkarın ölümüm" adlı eyni kitabı 2012-ci ildə həmçinin Təbrizdə də nəşr olunmuşdiur. Zümrüd Yağmur ölkəsindəki siyasi-ictiami hadisələrə hər zaman öz yazıları ilə reaksiya verir. Müxalif düşüncəsi və yazılarına görə heç bir dövlət müəssisəsində işə götürülməyən, işlədiyi Ensiklopediyadan da uzaqlaşdırlan yazar bir müddət "Azadlq" qəzetində köşələr yazmışdır. İndisə Zümrüd Yağmur "Yeni musavat" qəzetində Azərbaycandakı rejimin mahiyyətini açan yazılarla çıxış edir.


Tarix: 20.01.2013 / 15:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 382 Bölmə: Şairlər və Yazıçılar