beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəhim Alxas

Rəhim Alxas (xın. Раьхıим Алхас; tam adı: Rəhim Xəlfə oğlu Alxasov) — xınalıqlı şair, aşıq, publisist, poliqlot, pedaqoq.Mündəricat
1 Həyatı və yaradıcılığı
2 Kitabları
3 Tərcümələri
4 Mənbə
5 İstinadlar


Həyatı və yaradıcılığı

Rəhim Alxas 20 mart 1937-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olmuşdur.

Məşhur xınalıqlı şair Rəhim Alxasın yaradıcılıq dövrü XX əsrin ikinci yarısına aiddir. Beş dildə – Azərbaycan, xınalıq, özbək, tatar və türkmən dillərində şeirlərin müəllifi və Xınalıq kənd orta məktəbinin müəllimi olmuş Rəhim Alxas xınalıq dili barədə xeyli tədqiqat işi aparmış və müəyyən etmişdir ki, Xınalıq dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənir. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.

Şairin öz doğma kəndinə sıx bağlılığını əks etdirən bir şeir belədir:

Bahar çağı Xınalığım,
Girən zaman dondan-dona,
Dəyişmərəm bir kəndimi,
Yüz Parisə, min Londona[1].

Onun yazılarından da xınalıqlıların Allaha necə inandıqları bir daha aydın görünür:

Biz elə Allaha inanırıq ki,
Poladdan, dəmirdən iti ox eylər.
Çoxdan az eyləyər, azdan çox eylər,
Bir ovuc torpaqla gözü tox eylər,
Yoxdan var eyləyər, vardan yox eylər.

Rəhim Alxas Xınalıqda Xıdır Nəbi məscidində imamlıq etmişdir.

Bütün şahdağlıların fəхri, görkəmli xınalıqlı şair Rəhim Alxas doğulub, boya-başa çatdığı doğma Xınalıq kəndində 2003-cü il sentyabr ayının 20-də vəfat etsə də, həmin gün onun cənazəsi ailəsinin məskunlaşdığı Quba rayonunun Vladimirovka (Gülüstan) kəndinə gətirilmiş, sentyabr ayının 21-də həmin kəndin qəbiristanında dəfn edilmişdir[2][3].

Kitabları
Rəhim Alxas. Vətən təranələri. Bakı, "Elm", 1990 (azərb.)
РаьхIим Алхас. «Хыналыкъ» (Шеирдир. Аьфсанаьдйаь гьаькъикъаьтирдир.), Азаьрнаьшр, Бокку – 1992, 124 с. ISBN 5-552-01197-X (xın.)
Rəhim Alxas. Xınalıq: Şerlər və tərcümələr. Bakı, "Azərnəşr", 1992 (azərb.)
Rəhim Alxas. Sənin tellərinə qurban olum mən. Bakı, "Şirvannəşr", 2000 (azərb.)
Rəhim Alxas. Xınalıqlı Seyidqələm Baba: Hekayələr və kəramətlər. Bakı, "Şirvannəşr", 2001 (azərb.)
Rəhim Alxas. Xınalıq və xınalıqlılar. Bakı, "Şirvannəşr", 2003 (azərb.)

Tərcümələri
Низами Гаьнджаьви, «ХIикмаьти чаьлаьнг» («Хаьмсаь» - шилли парчад), Азаьрнаьшр, Бокку – 1991, 51 с. ISBN 5-552-00574-0 (xın.)


Tarix: 17.01.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 376 Bölmə: Şairlər və Yazıçılar