beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saday Şəkərli

Şəkərli Saday Əsəd oğlu - şair, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi bitirmişdir. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil almışdır (1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirmişdir (1980-1985).

Bədii yaradıcılığa tələbəlik illərində başlamışdır. "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilmişdir. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olmuşdur. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabad rayonunun suvarma idarəsində başlamışdır. Sonra burada kiçik müəssisə təşkil etmişdir. 1993-cü ildən Bakıda yaşayır. "Təbriz" nəşriyyatının direktoru işləmişdir.

Kitabları
Дерево любви. Саратов: ПКИ, 1985, 48 стр.
Torpağa oğul sözü. Bakı: Yazıçı, 1986, 66 səh.
Məni soruşan olsa. Bakı: Təbriz, 1995, 62 səh.
Alça çiçəkləyib. Bakı: Təbriz, 1996, 16 səh.
Gecədən çıxan kimi (şeir və poemalar). Bakı: Təbriz, 1996, 208 səh.
Gümüş şamın şöləsi. (başqırd dilində). Ufa: 2000, 48 səh.
Ömrün yorğun kölgəsi (şeirlər və poemalar). Bakı: Elm və təhsil, 2009, 328 səh.
Birİnci kitab. Bakı: Araz 2010, 214 səh.
Музыка дождя. Москва: Новый век, 2010, 82 стр.
Haydı. Vaşinqton: 2011, 84 səh.
Ölümdən qayıdan. Təbriz: 2011, 90 səh.
Atamdan qalan payız. İstambul: 2011, 104 səh.


Tarix: 19.01.2013 / 15:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 304 Bölmə: Şairlər və Yazıçılar