beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eyvaz Qələmçəli

Eyvaz Qələmçəli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Eyvaz Qələmçəli 1929-cu ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində anadan olub. 15 yaşından şeir yazmağa başlayıb. İndiyə kimi üç kitabı - "Könlüm istəyir", "Bu dağlardadır", "Kürəyində haqqın əli" nəşr olunaraq oxucuların ixtiyarına verilib.

Eyvaz Qələmçəli "Şəhid oldu", "Kürəyində haqqın əli", "Qurbanam", "İncədərə", "Qoru", "Ehtiyacım var", "Gəncə bax", "Kimi", "Qaldı", "Ağlar", "Həkim", "Dünya", "Qocalmışam", "Mən Qocalmazdım", "Düşür yadıma", "Səslə mən döyüşə", "Azərbaycan əsgəri", "Ay aşıq", "Ceyrançölün çobanları", "Sinədəftər şair Zəlimxan Yaquba", "Hanı", "Aşıqlar evi", "Allah" və s. yüzlərlə şeir yazmışdır.

Min yerdən atıldı odlu daş mənə,
Biri ona dəymədi, dəydi beş mənə.
Vətən torpağını yağı düşmənə
Satanlar qocaltdı, mən qocalmazdım.

-deyən şair 2003-cü ilin mart ayının 19-da dünyasını dəyişib. Ağstafa rayon İcra Başçısının və Yazıçılar Birliyinin birgə fəaliyyəti nəticəsində onun 80 illik yubileyi 2009-cu il iyul ayının 3-də təntənəli qeyd edilib.


Tarix: 14.01.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 495 Bölmə: Şairlər və Yazıçılar