beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəşad MəcidRəşad Məcid

Məcidov Rəşad Müseyib oğlu (Rəşad Məcid) — yazıçı, jurnalist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Mətbuat Şurasının üzvü.

Həyatı

Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.

Azərbaycan Jurnalistlər Birliyinin H.Zərdabi adına mükafatına layiq görülüb.

2004-cü ildə Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi seçilib.

Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar Forumunun (WEF) icraçı üzvüdür.

Ölkə mətbuatında bədii və publisistik yazılarla çıxış edir. 1993-cü ildə "Hələ ki vaxt var" adlı şeirlər, 2004-cü ildə "10 sentyabr" adlı hekayələr kitabı çapdan çıxıb.


Tarix: 17.01.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 162 Bölmə: Şairlər və Yazıçılar