Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyfulla Şamilov

Seyfulla Şamilov — (1902-1974), nasir, publisist, tərcüməçi, 1937-ci ildən AYB-nın üzvü. Azərbaycan Yazıçılar İttifaqının sədri.Mündəricat
1 Həyatı
2 Mükafatları
3 Əsərləri
3.1 Kitabları
4 İstinadlar


Həyatı

Seyfulla Əli oğlu 1902-ci il oktyabrın 10-da Azərbaycanın Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda partiya məktəbini bitirmişdir (1921-1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931-1933), «Kommunist» qəzetində məsul redaktorun müavini, «Gənc işçi» qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936), «İnqilab və mədəniyyət» jurnalının, «Ədəbiyyat qəzeti»nin məsul redaktoru (1936-1937), Uşaqgəncnəşrdə baş redaktor (1955-1962) vəzifələrində işləmişdir.

Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur[1]. 1974-cü il dekabrın 25-də vəfat etmişdir.

Mükafatları

«Şərəf nişanı» ordeni və Mədəniyyət Nazirliyinin «Əlaçı işçi» fəxri medalı ilə təltif olunmuşdur.

Əsərləri

Kitabları
«Leninin pedaqoji üsulları» (1925)
«Dördüncü il» (1929)
«Laçın» (1932)
«Seçilmiş əsərləri (1974)
«Nigarın məcarası» (1977)


Tarix: 19.01.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Şairlər və Yazıçılar
loading...