beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlqar Fəhmi

Paşayev İlqar Əli-Abbas oğlu (İlqar Fəhmi) — şair, yazıçı, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001).

Həyatı

İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Əslən Bakının Zirə kəndindəndir. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. 8 kitabı dərc edilib, 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) və başqa ssenariləri dövlət sifarişiylə ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb.

Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kimofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.

Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.

Hazırda Azərbaycan Yazıçılar Birliyinin tərcümə seksiyasının rəhbəri və "Ulduz" jurnalının şöbə müdiridir.

Əsərləri
Sənli sözüm gəldi sənə (şeir).
Ölüm gözəldi, yoxsa sən? (şeir).
Yenə də qəzəllər (şeir).
İlk sui-qəsd (Çənlibel tülküsü - 1-ci kitab) (roman).
Qarğa yuvası (Çənlibel tülküsü - 2-ci kitab) (roman).
Kölgədə əqrəb (Çənlibel tülküsü - 3-ci kitab) (roman).
Akvarium (roman).
Aktrisa (roman).
Aqvalanq (roman).
Bakı tarixindən kollaj (roman).
Karmen (povest).
Səndən nigaranam (povest).

Filmoqrafiya
Qaydasız döyüş (film, 2009)] —(serial; ANS)
Hörümçək toru (serial 2011) — (Çarx Film; Speys)
Sirat körpüsü (film, 2007)
Məcnunlar (film, 2008) — (İTV)
100 000 AZN (film, 2009) — (tammetrajlı bədii film; İTV)
Ölüm növbəsi (film, 2009) — (dövlət sifarişi)
Aktrisa (film, 2011) — (dövlət sifarişi)
Dərvişin qeydləri (film, 2012) — (dövlət sifarişi)


Tarix: 16.01.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 904 Bölmə: Şairlər və Yazıçılar