beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saday Budaqlı

Saday Budaqlı — Azərbaycan yazıçısı

Budaqlı Saday İsmayıl oğlu 1955-ci ildə anadan olub. 1984-cü ildə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. 1984-1989-cu illərdə “Yazıçı” nəşriyyatında redaktor işləyib. 1989-1993-cü illərdə Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi olub. 1993-2009-cu illərdə Azərbaycan Dövlət Radiosunda baş redaktor vəzifəsində çalışıb. Povest və hekayələrdən ibarət kitabları Azərbaycan və rus dillərində (Moskvada və Bakıda) çapdan çıxıb. Moskvada çıxan “Uduş” kitabına görə Maksim Qorki adına ümumittifaq mükafatına layiq görülüb. Moskvada nəşr edilən “Nedelya” həftəlik məcmuəsinin laureatıdır. 1982-ci ildə “Drujba Narodov” jurnalının “İlin ən yaxşı hekayəsi” mukafatını alıb. 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə də tərcümə olunub.


Tarix: 19.01.2013 / 15:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Şairlər və Yazıçılar