Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Feyzulla Qasımzadə

Feyzulla Qasımzadə - Azərbaycan EA-nın akedemiki (həqiqi üzvü), filologiya elmləri doktoru, professor, respublikanın Əməkdar elm xadimi və Əməkdar müəllim.

Həyatı

1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur.

Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsl onun dərslikləri ilə təhsil almışdır.

O uzun müddət Bakı Dövlət Universitetində tarix kafedrasının müdiri olmuşdur. 30 elmlər doktoru və 120 elmlər nazmizədi yetişdirmişdir.

SSRİ-nin bir sıra orden və medalları ilə təltif olunmuşdu.

600-dək çap edilmiş elmi məqalənin, onlarla dərslik və monoqrafiyaların müəllifidir.

Feyzulla Qasımzadə 1976-cı ilin 29 martında vəfat etmiş və Mərdəkan kəndində dəfn edilmişdir.


Tarix: 15.01.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Şairlər və Yazıçılar
loading...