Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eduard Bağırov

Bağırov Eduard İsmayıl oğlu (rus. Эдуард Исмаилович Багиров) — Azərbaycan əsilli rus yazıçısı, Azərbaycan Yazıçılar Birliyinın üzvü, ədəbi tənqidçi, publisist.

Həyatı

Eduard Bağırov 1975-ci ildə Türkmənistanda anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. Milli mənşəniyə görə Türkmənistanda bir çox problemlərlə üzləşən Eduard ordu sıralarından qaçaraq Moskvaya yollanıb. Burada yükdaşıyan, kiçik ticarətçi, şəxsi tikinti idarəsinin rəhbəri kimi işlərdə çalışıb. Alternativ ədəbiyyat klubu - "Litprom.ru"nun yaradıcısı və baş redaktoru olub. 2001-ci ildə Moskva Dövlət Su Nəqliyyatı Akademiyasının hüquq fakultəsinə daxil olsa da, sonradan təhsilini yarımçıq qoyub. 2007-ci ildə çapdan çıxmış "Qastarbayter" ("Гастарбайтер") kitabı ilə məşhurlaşıb. Yazıçı "Qastarbayter" romanını həm özünün, həm də başqalarının həyatından götürdüyü əhvalatlar əsasında yazıb, Rusiyaya "çörək dalınca" gedən şəxslərin talelərindən bəhs edib.


Tarix: 12.01.2013 / 16:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 293 Bölmə: Şairlər və Yazıçılar
loading...