beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tofiq Bayram

Bayramov Tofıq Qulam oğlu – şair, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1984).Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Həmçinin bax


Həyatı

Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində təhsil almışdır (1954-1959). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır (1959-1960). Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi (1960-1961), M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri (1961 – 1964), "Ulduz" jurnalı redaksiyasında (1964-1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri (1968-1978), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978) işləmişdir. Sonra yaradıcılıqla məşğul olmuşdur. Lope de Veqanın "Hiyləgər məşuqə" pyesini tərcümə etmişdir. A.T.Tvardovskinin "Yaddaşın hökmü" poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür (1988).

1991-ci il aprelin 18-də vəfat etmiş, Bakının Əmircan kəndində dəfn olunmuşdur.

Əsərləri
1. Ana təbəssümü. Bakı: Uşaqgəncnəşr, 1961, 36 səh.
2. Mənim şair xalqım. Bakı: Azərnəşr, 1963, 46 səh.
3. Sizi düşünürəm. Bakı: Uşaqgəncnəşr, 1964, 78 səh.
4. Azərbaycan dünya gəzir. Bakı: Azərnəşr, 1965, 104 səh.

Tofiq Bayramın heykəli
5. İnamım, əqidəm. Bakı: Azərnəşr, 1969, 174 səh.
6. Gərək elə yanım. Bakı: Gənclik, 1971, 84 səh.
7. Azərbaycan deyəndə. Bakı: Gənclik, 1974, 139 səh.
8. Səninlə görüşəndə. Bakı: Azərnəşr, 1977, 136 səh.
9. Əsrin oyunu (şeirlər və poemalar). Bakı: Gənclik, 1979, 120 səh.
10.Könlümdə yaşayanlar (şeirlər). Bakı: Yazıçı, 1980, 252 səh.
11.Məsləkim-silahım (şeirlər və poemalar). Bakı: Yazıçı, 1984, 268 səh.
12.Ay gecikən məhəbbətim. Bakı: Yazıçı, 1987, 235 səh.

Tərcümələri

(ruscadan)
1.A.Tvardovski. Üfüqlərdən üfüqlərə. Bakı: Azərnəşr, 1966, 146 səh.
2.Rəsul Həmzətov. Durnalar. Bakı: Azərnəşr, 1973, 235 səh.
3.Ürəkdən ürəyə (qardaş xalqlar poeziyası). Bakı: Gənclik, 1975, 148 səh.
4.R.Həmzətov. Dostları qoruyun. Bakı: Yazıçı, 1984, 304 səh.


Tarix: 19.01.2013 / 15:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 435 Bölmə: Şairlər və Yazıçılar