Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məcid Şamxalov

Şamxalov Məcid Baba oğlu – dramaturq, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar artisti (1949).[Mənbə göstərin]Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Əsərləri
4 Filmoqrafiya
5 Şəkil
6 Həmçinin bax


Həyatı

Məcid Şamxalov 1907-ci il mayın 2-də Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə köçmüşlər. Burada S.S.Axundovun rus-tatar məktəbini bitirmişdir.

Yaradıcılığı

M.F.Axundov adına Dövlət Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924-1926) taleyini milli səhnəyə bağlayır, Azərbaycan Akademik Dram Teatrında aktyor işləyir. İlk ədəbi-ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. Xidmətlərinə görə SSRİ medalları ilə təltif olunmuşdur.

Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.

Əsərləri
1.Mənzər (pyes). Bakı: Birləşmiş nəşriyyat, 1957, 16 səh.
2.Qayınana (komediya). Bakı: Azərnəşr, 1964, 52 səh.
3.Qayınana (komediya). Bakı: Azərnəşr, 1974, 61 səh.
4.Qayınana (pyeslər). Bakı: Yazıçı, 1980, 117 səh.

Filmoqrafiya
Qız qalası (film, 1924)
Lətif (film, 1930)-traktorçu
Məhəbbət oyunu (film, 1935)
Bakılılar (film, 1938)
Qara daşlar (film, 1956)
Qayınana (film, 1978)


Tarix: 17.01.2013 / 11:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 493 Bölmə: Şairlər və Yazıçılar
loading...