beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yəhya Şeyda

Şeyda Yəhya Həsən oğlu — şair, ədəbiyyatşünas, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Yəhya Şeyda 1924-cü ilin baharında Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil alandan sonra işləmişdir. Ədəbi fəaliyyətə gənclik dövründən başlamışdır (1940).

Yaradıcılığı

Yəhya Şeyda klassik ədəbi irsi və ədəbi-nəzəri bilikləri, eləcə də fars, ərəb və alman dillərini mütaliə yolu ilə dərindən öyrənmişdir. Onun şeirləri, ədəbi-tənqidi məqalələri dövri mətbuatda müntəzəm çap olunmuşdur.

Həmçinin şerləri 1941-1946-cı illərdə Respublikamızın ziyalıları tərəfindən Təbrizdə nəşr olunan "Vətən yolunda" qəzetində dərc olunmuşdur.

Təbrizdə dərc edilən "Məhd-e azadi" ("Azadlıq beşiyi") qəzeti redaksiyasında şöbə müdiri və Azərbaycan dilində buraxılan səhifələrin redaktoru idi.

Əsərlərini Azərbaycan və fars dillərində yazıb-yaradır. "Odlar vətəni", Mirzə Əli Möcüzün "Əsərləri", "Odlu sözlər", "Sijimqulu", Məhəmmədhüseyn Şəhriyarın "Divan"ı, "Biriyanın ürək sözü", "Ədəbiyyat ocağı" (I-II cild) və s. kitabları tərtib və nəşr etdirmişdir. Fars dilində əsərləri də Tehranda kütləvi tirajla buraxılmışdır.


Tarix: 20.01.2013 / 14:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Şairlər və Yazıçılar