Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsa İsmayılzadə

İsmayılzadə İsa Mustafa oğlu — şair, tərcüməçi, publisist, 1969-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1980).

Həyatı

İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963).

Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959) almanaxında və "Azərbaycan gəncləri" qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeri ilə başlamışdır. O, Qardabanidə orta məktəbdə müəllim (1963-1964), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966-1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1968-1981), "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir (1994-cü ildən). Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmişdir.

Öz yaradıcılığında poetik tərcüməyə də xüsusi diqqət vermiş, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən birinci Beynəlxalq simpoziumunda (1977), Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilən seminar-müşavirəsində (1978) iştirak etmişdir. 1997-ci il iyulun 14-də vəfat etmişdir.

Əsərləri
Ulduzların ad günü. Bakı: Gənclik, 1968, 98 səh.
İşıqlı yarpaqlar. Bakı: Gənclik, 1972, 37 səh.
Torpaq nəğməsi. Bakı: Gənclik, 1977, 96 səh.
Ömrümdən keçən qatar. Bakı: Yazıçı, 1980, 128 səh.
Salam, Yer kürəsi. Bakı: Gənclik, 1982, 230 səh.
Anamla söhbət. Bakı: Yazıçı, 1985, 131 səh.
Yelləncəkdə yellənən külək. Bakı: Gənclik, 1985, 104 səh.
Gedim anamdan soruşum. Bakı: Gənclik, 1987, 157 səh.
Bir ömürlük gecə (şeirlər və poemalar). Bakı: Yazıçı, 1989, 192 səh.
Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1991, 350 səh.
Vurağan, tutağan, yatağan. Bakı: Gənclik, 1992, 24 səh.

Tərcümələri

Filmoqrafiya
Qarabağ bülbülləri (film, 1977)
Belə bir şəhər var (film, 1982)
Bəyin oğurlanması (film, 1986)
İntizar (film, 1986)


Tarix: 16.01.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 433 Bölmə: Şairlər və Yazıçılar
loading...