Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəmistan Nəzirli

Nəzirli Şəmistan Əmiraslan oğlu - publisist, nasir, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1978), H.Zərdabi adına mükafatın laureatı (2002)Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Filmoqrafiya
5 Həmçinin bax


Həyatı

Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. Burada kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçmüşlər. Dəvəçi şəhərində orta məktəbi bitirmişdir (1960). 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur. Sovet Ordusu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1962-1965). ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1967-1972). Ədəbi fəaliyyətə 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxan kiçik bir məqaləsi ilə başlamışdır. Lakin 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir. Səməd Vurğun dünyası və azərbaycanlı sərkərdələrin taleyi onun ədəbi-publisist fəaliyyətinin əsas mövzusudur. Onun tərtib etdiyi general-leytenant Əliağa Şıxlinskinin "Xatirələrim" kitabı 1984-cü ildə Azərnəşr tərəfindən Azərbaycan və rus dillərində kütləvi tirajla buraxılmışdır. Əmək fəaliyyətinə APİ-nin "Gənc leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır (1972-1973). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri (1973-1991), Azərbaycan Dövlət Ensiklopediyasında "Xatirə" redaksiyasının şöbə müdiri (1991-1992), Respublika Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində şöbə müdiri (1992-1996). Respublika Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Hərbi proqramlar və salnamə" baş redaksiyasının baş redaktoru (1996-1998) işləmişdir. Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində Hərbi Elmi Mərkəzin hərb tarixi şöbəsində baş elmi işçidir. Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlərinə görə Azərbaycan Jurnalist Həmkarlar İttifaqnının "Səməd Vurğun fəxri xatirə diplomu"na (1996), "Qacarlar" əsərinə görə İran Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına (1995), hərbi vətənpərvərlik mövzusunda tarixi publisistik əsərlərinə görə "General Həzi Aslanov" və Qazax Xeyriyyə Cəmiyyətinin təsis etdiyi "General Əliağa Şıxlinski" mükafatlarına (1995) layiq görülmüşdür.

Əsərləri
1.Vurğun keçib bu yerlərdən. Bakı: Gənclik, 1978, 120 səh.
2.Vurğun ömrü. Bakı: Azərnəşr, 1982, 106 səh.
3.Qəribə talelər. Bakı: Gənclik, 1982, 88 səh.
4.Vurğun keçib bu yerlərdən. Bakı: Yazıçı, 1985, 167 səh.
5.Əfsanəvi Mixaylo. Bakı: Gənclik, 1988, 88 səh.
6.Azərbaycan generalları. Bakı: Gənclik, 1991, 208 səh.
7.Qoridən gələn qatar. Bakı: Azərnəşr, 1993, 207 səh.
8.Qacarlar. Bakı: "Şur" nəşriyyatı, 1995, 64 səh.
9.Cümhuriyyət generalları. Bakı: Hərbi nəşriyyat, 1995. 211 səh.
10.Yaddaşlarda yaşayan Vurğun. Bakı: Şərq-Qərb nəşriyyatı, 1996, 292 səh.
11.Ellər Vurğunu. Bakı: "Tural" nəşriyyatı, 1997, 290 səh.
12.General Cəmşidxan Naxçivanski. Bakı: Hərbi nəşriyyat, 1997, 110 səh.
13.Daş Salahlı Məmməd Koxa. Bakı: "Şirvan" nəşriyyatı, 1977,
14.Tam artilleriya generalı Səmədbəy Mehmandarov. Bakı: Hərbi nəşriyyat, 1997, 120 səh.
15.Qarxunlu Əşrəf bəy. Bakı: "Elm və həyat" nəşriyyatı, 1998, 180 səh.
16.Arxivlərin sirri açılır. Bakı: "Elm və həyat" nəşriyyat, 1999, 750 səh.
17.Topoqraf general İbrahim ağa Vəkilov. Bakı: "Zaman" nəşriyyatı, 2002, 203 səh.
18.Nəzirli ocağının üç şairi. Bakı: Azərbaycan Milli Ensiklopediyası, NPB, 2002, 249 səh.
19.Abbas ağa Nazir. Əsərləri. Bakı: Ofset-nəşriyyat poliqrafiya şirkəti, 2003, 325 səh.
20.General Yadigarov qardaşları. Bakı: Şirvannəşr, 2004, 87 səh.

Tərcümələri

(ruscadan)
1.M.Məmmədov. Vaxtsız ölüm əbədiyyət gətirdi. Bakı: Gənclik, 1985, 73 səh.

Filmoqrafiya
Səmədbəy (film, 1995)
Cümhuriyyət generalları (film, 2006)


Tarix: 19.01.2013 / 15:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1576 Bölmə: Şairlər və Yazıçılar
loading...