beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehdi Mirkişiyev

Mirkişiyev Mehdi Mirkişi oğlu – tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Mehdi Mirkişiyev 1928-ci il iyulun 15-də Cəbrayıl rayonunun Mirzəcanlı kəndində anadan olmuşdur. M.Qorki adına Cəbrayıl qəsəbə orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1946-1951). Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında böyük redaktor kimi başlamışdır. Sonra "Yazıçı" nəşriyyatı bədii tərcümə redaksiyasının böyük redaktoru vəzifəsində işləmişdir (1982-1988).

1992-ci il sentyabrın 27-də Bakıda vəfat etmişdir.

Tərcümələri

(ruscadan)
1. Q.Sevuns. Tehran (I kitab). Bakı: Azərnəşr, 1953, 517 səh.
2. İ.Vazov. Səfillər. Bakı: Azərnəşr, 1956, 112 səh.
3. Lu Sin. Hekayələr. Bakı: Azərnəşr, 1956, 120 səh.
4. N.Leskov. Gecə adamları. Bakı: Azərnəşr, 1957, 136 səh.
5. L.Quruns. Günəşli səhər. Bakı: Azərnəşr, 1958, 376 səh.
6. A.Qəhhar. Qoşa çinarın işıqları. Bakı: Azərnəşr, 1959, 304 səh.
7. V.Təvəkkülyan. Çaylar daşanda. Bakı: Azərnəşr, 1960, 490 səh.
8. N.Poqodin. Kəhrəba boyunbağı. Bakı: Azərnəşr, 1962, 314 səh.
9. A.Makarenko. Valideynlər üçün. Bakı: Maarif, 1964, 28 səh.
10.R.Taqor. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1965, 297 səh.
11.S.Ayvazyan. Həyat mənə yar ol. Bakı: Azərnəşr, 316 səh.
12.İ.S.Turgenev. Seçilmiş əsərləri (iki cilddə), I c. 1968, 209 səh. (şərikli)
13.İ.S.Turgenev. Seçilmiş əsərləri (iki cilddə), II c 1968, 193 səh. (şərikli).
14.Polşa hekayələri. Bakı: Azərnəşr, 1978, 293 səh.
15.İ.İ.Kamenkoviç. Yaşamaq qadağandır. Bakı: 1978, 196 səh.
16.A.Çakovski. Müsahibə (I, II kitab). Bakı: Yazıçı,
17.K.Bulıçev. Yüz il bundan irəli. Bakı: Gənclik, 1981
18.Belorus hekayələri. Bakı: Yazıçı, 1982, 188 s.
19.A.Çakovski. Mühasirə (V kitab). Bakı: Yazıçı, 1985


Tarix: 17.01.2013 / 11:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 284 Bölmə: Şairlər və Yazıçılar