Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanverdi Turaboğlu

Xanverdi Turab oğlu Fərziyev (3 sentyabr 1967) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002-ci ildən).

Həyatı

Xanverdi Turaboğlu 1967-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin filoloğiya fakültəsində təhsil almışdır (1990-1995). Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşıdır (2003-cü ildən). İlk məgaləsi "Ədəbiyyat qəzeti"ndə dərc olunub ("Ömər Xəyyam", 1992-ci il 17 iyul). Müasir ədəbi proseslə (poeziya, nəsr, dramaturgiya, təngid və ədəbiyyatşünaslıgla), o cümlədən klassik Azərbaycan, rus, türkmən ədəbiyyatı ilə bağlı, eləcə də bədii yaradıcılığın nəzəri-estetik problemlərinə həsr olunmuş bir sıra coxsaylı irihəcmli elmi-tədqiqat və tənqidi əsərlərin müəllifidir. Dövri mətbuat səhifələrində, elmi jurnallarda, internetdə yazıları dərc olunur. "Dramaturgiyamızda psixologizm problemi (İlyas Əfəndiyevin yaradıcıliğı əsasında)" mövzusunda namizədlik dissertasiyasını yazıb tamamlamışdır.


Tarix: 16.01.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 275 Bölmə: Şairlər və Yazıçılar
loading...