beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kamil Vəli Nərimanoğlu

Vəliyev Kamil Nəriman oğlu (Kamil Vəli Nərimanoğlu) — filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri.

Həyatı

Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur.1965-ci ildə orta təhsilini başa çatdırmışdır. 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin il universitetdə müəllimliyə başlamışdır. 1988-ci ildə professorluq dərəcəsi almış, 1988-1999-cu illər arasında universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmiş, Böyük Elmi Şuranın üzvü olmuşdur.

1990-cı ildə Konya Səlcuq Universitetinin fəxri doktoru adını almışdır. 1991-1992-ci illərdə İzmir Universitetində, 1999-2000-ci ildə Şimali Kiprin Doğu Ağdəniz Universitetində dərs demişdir. Türkiyənin nüfuzlu elmi təşkilatlarından Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin məclis, Ali Attestasiya Komissiyasının ekspertlər şurasının üzvü olmuşdur. 30 kitabın, 500-dən çox məqalənin müəllifidir. Dünyanın 20-dən artıq ölkəsində elmi konfranslarda çıxış etmişdir.

1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmişdir.

1998-ci ildə elmi araşdırmalarına və Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin inkişafına görə Türkiyə Respublikası prezidentinin fərmanı ilə Türkiyə Cümhuriyyəti "Şərəf və Ləyaqət nişanı" ilə təltif edilmişdir. 2002-ci ildə xidmətlərinə görə Türkiyə Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin, Türk Dil Qurumunun mükafatlarını almışdır. 2004-cü ildə Bilkənd Universiteti və Türk Mədəniyyətinə Xidmət Vəqfi tərəfindən dünyaca məşhur dörd elm və mədəniyyət xadimi ilə birgə mükafatlandırılmışdır. Həmin il Qırğızıstanda Çingiz Aytmatov Akademiyasının fəxri üzvü seçilmişdir.

2006-cı ilin dekabrında Türk Dil Qurumunun, Konya Səlcuq Universitetinin, Karaman Bələdiyyəsinin, Hüseyn Qazi Vakfının və Başbakanlıq yanında Avraziya Mərkəzinin ödüllərini almışdır.

Hazırda Türkiyənin İstanbul Yedditəpə Universitetində dərs deyir və Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinə rəhbərlik edir.

Ailəlidir, iki oğlu var.

Kitabları
.Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy. İstanbul, 1992.


Tarix: 16.01.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 415 Bölmə: Şairlər və Yazıçılar