beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lidiya Quliyeva

Quliyeva Lidiya Mixaylovna - nasir, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Lidiya Quliyeva 1939-cu il avqustun 4-də İrkutsk şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1956). İrkutsk Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda təhsil almışdır (1956-1962). 20 saylı İrkutsk şəhər orta məktəbində alman və ingilis dilləri müəllimi olmuşdur (1962-1970). Ailəlikcə Bakıya köçdüklərindən Bakıda texniki-peşə məktəbində müəllim, respublika tədris metodiki kabinetində baş metodist (1970-1979), 68 saylı orta texniki-peşə məktəbində dərs hissə müdiri (1979-1982) işləmişdir. Hazırda Azərbaycan EA Xüsusi konstruktor bürosunda elmi-texniki xəbərlər şöbəsinin müdiri vəzifəsində çalışır (1982-ci ildən).

Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Uşaqlar və gənclər üçün yazdığı hekayə və nağıllar dövri mətbuatda müntəzəm çap olunur. Ümumittifaq uşaq yazıçılarının Riqada keçirilən seminar-müşavirəsində (1986), Gənc fantast yazıçıların Ümumittifaq yaradıcılıq birliyinin Minskdə təşkil etdiyi müşavirədə (1988) iştirakçı olmuşdur.


Tarix: 17.01.2013 / 10:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 259 Bölmə: Şairlər və Yazıçılar