Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədir Tərtərli

Qədir Tərtərli - şair

Həyatı

Qədir Hüsü oğlu Allahverdiyev 1936-cı ildə Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Öz doğma kəndlərində ibtidai məktəbi, 1953-cü ildə Tərtər şəhər 1 saylı orta məktəbini bitirib, həmin ili Bakı Dövlət Universitetinə daxil olmuş, 1958-ci ildə jurnalist ixtisası üzrə universiteti bitirmişdir. "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi, Tərtər, Bərdə, Zaqatala rayon qəzetlərində məsul katib, Kəlbəcərdə çıxan "Yenilik" qəzetində redaktor vəzifələrində çalışmışdır.

1971-1973-cü illərdə Moskvada – Sov.İ.K.P MK yanında Ali Partiya Məktəbində təhsil almışdır. 1973-1975-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1975-1983-cü illərdə Tərtər rayon Partiya Komitəsinin ideoloji işlər üzrə katibi, 1983-1991-ci illərdə Tərtər rayon İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. 1992-ci ilin avqust-oktyabr aylarında "Ağdərə" qəzetinin redaktoru olmuşdur.

1994-1996-cı illərdə "Nizami Gəncəvi" jurnalı və "Şəhriyar" qəzetlərində şöbə mudiri, "Kirpi" jurnalının bölgə müxbiri vəzifələrində çalışmışdır. 1996-cı ilin noyabr ayından Tərtər rayon mətbuatyayımı şöbəsinin rəisidir.

1963-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür 1977-ci ildə "Şərəf nişanı" ordeni, ayrı-ayrı illərdə isə bir sıra medal və fəxri fərmanlarla təltif olunmuşdur.

Bədii yaradıcılıqla 1953-cü ildən məşğuldur. Uzun illərdir ki, respublika dövri mətbuatında şerləri, publisistik və problematik məqalələri dərc olunur. Bir sıra əsərləri səhnələşdirilmişdir. İlk şerlər kitabı "Yadına düşəcəyəm" 2002-ci ildə "Ozan" nəşriyyatı, "Bənövşələr tez solur"romanı 2005-ci ildə "Hüquq ədəbiyyatı" nəşriyyatı tərəfindən buraxılmışdır.

Kitabları
"Yadına düşəcəyəm", "Ozan" nəşriyyatı, 2002.
"Bənövşələr tez solur", "Hüquq ədəbiyyatı", 2005.
Məhəbbət işığında. B.: “Hüquq ədəbiyyatı”, 2012.-420 səh.


Tarix: 17.01.2013 / 10:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 438 Bölmə: Şairlər və Yazıçılar
loading...