Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İntiqam Qasımzadə

Qasımov İntiqam Böyükağa oğlu — tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi.

Həyatı

İntiqam Qazımzadə 1943-cü il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960-1965). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olmuşdur. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969-1974), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976-1979), məsul katib, baş redaktorun müavini (1979-1997) vəzifələrində çalışmışdır. Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora"" romanını rus dilindən doğma dilə çevirmişdir. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən). Onun ssenarisi əsasında bir neçə animasiya və sənədli film çəkilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1984).

Tərcümələri

(ruscadan)
1.Kamil Yaşen. Darmadağın; General Rəhimov; Namus və məhəbbət. Bakı: Azərnəşr, 1979, 180 səh. (şərikli).
2.Şandor Rado. Dora. Bakı: Azərnəşr, 1981, 360 səh.
3.Vasil Bıkov. Kruqlyan körpüsü (povestlər). Bakı: Yazıçı, 1988, 328 səh.

Filmoqrafiya
Axırıncı aşırım (film, 1971)
Bir anın həqiqəti (film, 2003)
Daşkəsən (film, 1973)
Ən vacib müsahibə (film, 1971)
Fitnə (film, 1970)
Həyat bizi sınayır (film, 1972)
Xəzinə (film, 1970)
Qatır Məmməd (film, 1974)
Qozbeli qəbir düzəldərmi? (film, 1972)
Nəsimi (film, 1973)
Ömrün səhifələri (film, 1974)
Pıspısa xanım və Siçan bəy (film, 1974)
Skripkanın sərgüzəşti (film, 1972)
Şərikli çörək (film, 1969)
Təxəllüsü "Mixaylo" (film, 2008)
Var olun, qızlar... (film, 1972)
Yeddi oğul istərəm... (film, 1970)


Tarix: 16.01.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 366 Bölmə: Şairlər və Yazıçılar
loading...