beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsmixan Didərgin

İsmixan Didərgin (tam adı:Məmmədov İsmixan Müseyib oğlu) (d.25 aprel 1933, Basarkeçər - ö.5 iyun 1994, Daşkəsən) — müəllim, jurnalist, şair.

Həyatı

Məmmədov İsmixan Müseyib oğlu 25 aprel 1933-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 6 yaşından atadan yetim qalıb. Uşaqlıq və gənclik illərində ağır zəhmətə qatlanmalı olmuşdur. İbtidai təhsilini öz doğma kəndində,orta təhsilini qonşu Zod kəndində almışdır.Gənc yaşlarından şer yazmağa başlamısdır.

1957-1962-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində oxumuşdur. Doğulduğu Ağkilsə kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.

1965-1970-ci illərdə Basarkeçər rayonununda çıxan "Bolluq uğrunda" qəzetində işləmişdir. 1970-1988-ci illərdə Ağkilsə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.

1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılan İsmixan Məmmədov Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır.

Görkəmli el şairi İsmixan Didərgin Daşkəsən rayonunun Bayan kəndində 5 iyun 1994-cü ildə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Bütün həyatı boyu Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda mübarizə aparmışdır. Bunlara görə yaşadığı dövrdə daim təqiblərə məruz qalmışdır.

Azərbaycanın çox böyük aşığı və qüdrətli şairi Növrəs İmanın bacısı oğludur.

Həmçinin bax
Aşıq Ələsgərin qardaşı nəvəsidir.
Növrəs İmanın bacısı oğludur.

Kitabları
"Ayırdılar qucağından Göyçənin". Bakı, "Yazıçı"-1992. 104 səh. 8000 tiraj.

Yaradıcılığı
İsmixan Didərginin şeirləri


Tarix: 16.01.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 294 Bölmə: Şairlər və Yazıçılar