Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağamalı Sadiq

Əfəndiyev Ağamalı Əhməd oğlu (Ağamalı Sadiq) — dissident jurnalist, ictimai siyasi xadim, şair, nasir, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı


Ağamalı Sadiq 1947-ci il martın 8-də Qazax rayonunun Qaymaqlı (İncə dərəsi) kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik mantyoru kimi başlamışdır (1964-1972). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1972-1977). "Yazıçı" nəşriyyatında korrektor (1978-1981), "Maarif" nəşriyyatında redaktor (1983-1986), "Ulduz" jurnalında ədəbi işçi (1986-cı ildən) Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifələrində çalışmışdır (1992-1993). "Müxalifət" qəzetini 1991-ci ildə yaratmış və onun ilk baş redaktoru olmuşdur.

1979-cu ildən şeir, hekayə və publisist yazıları ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri Türk rus və özbək dillərinə tərcümə olunmuşdur.

Ağamalı Sadiq Əfəndi 1987-ci ildə Azərbaycanda başlanmış milli azadlıq hərəkatının fəal öncülü, müasir, demokratik mətbuatın məşhur yaradıcılarından biri olub. Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupunun qurucularından biri və onun təsis konfransının təşkilatçısıdır. AXC-nin təsis konfransı 1989-cu il iyunun 16-sı 8-ci mikrorayonda onun yaşadıği binanın yaxınlığındakı 27-ci binanın qarşısındakı xeyir şər evində kiçik oğlunun sünnət toyu adı altında keçirilmişdi, [Mənbə göstərin] həmin konfransda Ağamalı Sadiqin yaxın silahdaşı Azərbaycanın ilk demokratik seçilmiş prezidenti Əbülfəz Elçibəy AXC sədri seçilmişdi. 1990-cı il 20 yanvar faciəsindən sonra üzvü olduğu SSRİ Yazıçılar İttifaqından istefa vermiş, ona kəsilmiş yüksək təqaüddən imtina etmiş, o zamankı rejimin təqib və təzyiqlərinə baxmayaraq informasiya blokadasını yarmaq üçün qeyri leqal (samizdat) FV-ÇP "fövqəladə vəziyyət" qəzetlərini və bülletenləri məxfi şəkildə nəşr etdirərək xalqa yaymışdı. Onun imzası "Asəf" kimi tanınırdı, bu elə Ağamalı Sadiq Əfəndi demək idi. O, bu qəzetlərdə yazırdı:"Məni bəzən qəzəbli jurnalist adlandırırlar,ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqrır.Mənə elə gəlir ki,bunların hamısı yaşadığım sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi.Çünki bu cəmiyyətdə insan simasızlaşır,bir-birini satmaq istedada çevrilirdi,şəxsiyyət alçalır,əyilir,bir tikə çörəyini qazanmaq,irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı." "Görək bu oyundan Mişa necə çıxacaq", "Yazov sənin anan olubmu".1990-cı ildə Bakı şəhəri fövqəladə vəziyyət şəraitində olduğu zaman, fevral ayında fəaliyyəti dayandirilmış "Azadlıq"qəzetini bərpa etmiş və "Azadlığa"rəhbərlik edərək 12 nömrəsini nəşr etdirmişdir.Faciə günündən az keçməmiş Almaniyanın Münxen şəhərindən yayımlanan "Azadlıq" radiostansiyasına hadisənin təfərrüatları barədə Mirzə Xəzərlə canlı müsahibələr vaermiş və Bakı şəhərində günahsız,əliyalın insanların Sovet qoşunları tərəfindən kütləvi qətl edilmələrini bütün dünyaya bəyan etmişdir.1990-cı ildə Ağamalı Sadiq Azərbaycan Ali Soveti deputatlığına doğulduğu Qazaxdan namizədliyini irəli sürərək xalqın səsini alsa da nəticələr kəskin şəkildə saxtalaşdırıldı. Bu saxtakarlığın başında o zaman Moskvanın Azərbaycana təyin etdiyi səlahiyyətli canişini Viktor Petroviç Polyaniçko dururdu. Ağamalı Sadiq Əfəndi həmçinin Məhəmməd Əmin Rəsulzadənin qurduğu Müsavat Partiyasını bərpa edən və onu ən ağır vaxtlarında təşkilatlandıranlardan biri olub.Lakin Ağamalı Sadiq 1992-ci ildə tutduğu Mədəniyyət Nazirinin müavini vəzifəsində cəmi beş ay çalışmış, elə özünün qurduğu hökümətdən vaxtsız istefa vermiş və yaratdiqi qəzetə rəhbərlik etmişdir. 1995-ci ilin noyabrında Sumqayıt 41 saylı seçki dairəsindən Milli Məclisə namizədliyi qeydə alınsa da səhhətinin pisləşməsi ilə əlaqədar namizədliyini geri götürmüşdür. 1995-ci il dekabrın 11-də səhərə yaxın ağır cərrahiyyə əməliyyatından bir neçə saat keçmiş, saat 14 radələrində Topçubaşov adına eksperimental Tibb institutunda "koronar ürək çatışmazlığı" diaqnozu ilə 48 yaşında vəfat etmişdir. Həmin əməliyyata o zamanlar institutun baş həkimi professor Fərman Ceyranov rəhbərlik etmişdir.Hər kəsə səmimiyyətlə yanaşıb ömrünün mənasını xalqının azadlıq mübarızəsində görən Ağamalı bəy dünyaya gözlərini yumduğu zaman həyat yoldaşı Nabat xanım və əzizlərinə Azərbaycan!Azərbaycan!deyərək son vəda etmişdir. 12 dekabr 1995-ci ildə ata yurdu Qazaxın Qaymaqlı kəndində (İncə dərəsi) böyük izdihamın müşayəti ilə torpağa tapşırılmışdır.

Ağamalı Sadiqin vaxtsız vəfatı ilə əlaqədar Azərbaycan mətbuatı ilə yanaşı Türkiyə mediasında da məqalələr dərc olunmuşdur. "Ərzurum" və "Palandöken" qəzetlərində "Fransadan məktublar" rubrikasında Ali Kafkasyalı yazırdı: "Azərbaycan bir dəyərli övladını da itirdi!".

Ağamalı bəy qısa ömrünün ən mənalı illərini yorulmadan Azərbaycanın Milli istiqlal mücadiləsinə və müasir Azərbaycan, demokratik mətbuatın intibahına həsr etmişdir.Ağamalı Sadiq Əfəndi Müasir Azərbaycan Respublikasının qurulması yönündə həyat yoldaşı Nabat xanımla birlikdə zamanın bütün məhrumiyyətlərinə baxmayaraq həyatlarının ən mənalı illərini bu yola həsr edərək fədakar və cəfalı bir ömür sürmüşlər. Qəbrüstü abidəsinin müəllifi manumentalçı rəssam Məmməd Bəşirovdur (Dəmirçioğlu).İki oğul evladi var.1983-cü ildə anadan olmuş kiçik oğlu Orxanın atasını itirdiyi zaman cəmi 12 yaşı vardı. Boyuk oqlu Nofal daxili qoşun qüvvələri tərkibində Azarbaycanin arazi butovluyu uqrunda getmis 1992-ci ilda aqir Ağdara və Qarabağın digər qaynar nöqtələrində baş vermiş döyüşlərin istirakchisidir.Ocağında Ağamalı bəyin adını daşıyan oğul nəvəsi böyüyür.

Əsərləri
Mənə ümid verin. Bakı: Yazıçı, 1982, 38 səh.
Əyil səndən keçim dünya. Bakı: Nicat, 1996, 188 səh.
Vətən üçün yaşanmış əfəndi ömrü. Bakı: Oka ofset 2005-232 səh.
Başsız povest. Kənddən gələn adam hekayə. Oka ofset 2007-90 səh.


Tarix: 13.01.2013 / 13:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 900 Bölmə: Şairlər və Yazıçılar
loading...