Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən Seyidbəyli

Həsən Mehdi oğlu Seyidbəyli (22 dekabr 1920-25 iyun 1980) — Azərbaycan kinorejissoru, ssenari müəllifi. Bədii əsər müəllifi. Bədii rəhbər. Azərbaycanın xalq artisti.

Həyatı

Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır. "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinomatoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. "Kür sahillərində" (1953), "Bizim Astrada" (1956), "Telefonçu qız" (1960) povestləri, "Cəbhədən-cəbhəyə" (1961), "İllər keçir" (1973, İ.Qasımovla birgə), "Tərsanə" (1975), "Çiçək" (1978) romanları, "Dəniz cəsurları sevir" (1954), "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərimizin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülmüşdür. Azərbaycanın xalq artistidir.

Filmoqrafiya
Bakıdan Göy-gölədək (film, 1947)
Bizim Cəbiş müəllim (film, 1969)
Böyük yol (film, 1949)
Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Çətirimiz buludlardır (film, 1976)
Doğma xalqıma (film, 1954)
Əyri yolla qazanc (film, 1960)
Xoşbəxtlik qayğıları (film, 1976)
İmadəddin Nəsimi (1973)
Kamillik (film, 1979)
Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Qızmar günəş altında (film, 1957)
Quba bağlarında və Tərtərçay vadisində (film, 1949)
Möcüzələr adası (film, 1963)
Nəsimi (1973)
O qızı tapın (film, 1970)
Onun bəlalı sevgisi (film, 1980)
Ömrün səhifələri (film, 1974)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Sağ ol, dostum (film, 1980)
Sən niyə susursan? (film, 1966)
Sovet Azərbaycanı (film, 1972)
Telefonçu qız (film, 1962)
Toral və Zəri (film, 1979)
Uzaq sahillərdə (film, 1958)
Yolda əhvalat (film, 1960)


Tarix: 15.01.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 555 Bölmə: Şairlər və Yazıçılar
loading...