Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qabil İmamverdiyev

Həyatı

İmamverdiyev Qabil Allahverdi oğlu (Qabil) — şair, 1949-cu ildən AYİ-nin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1976), Əməkdar incəsənət xadimi (1984), Azərbaycanın xalq şairi (1992) - 1926-ci il avqustun 12-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil attestatı alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944-1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975-1979) vəzifələrində işləmişdir. AYB Ağsaqqallar Şurasının sədri olmuşdur.

"Şöhrət ordeni" (1996), "Əmək igidliyinə görə" medalı və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur (1980). Ədəbiyyat Fondunun Rəsul Rza mükafatına layiq görülmüşdür (1998).

Qabil 2007-ci ildə Bakıda vəfat etmişdir.

Kitabları
Mənim mavi Xəzərim 1959
Ömrüm boyu 1962
Nəsimi 1980 (I-III kitab)
Ömrün həbləri 1989
İlahi qisməti 2001
Dostlarım, tanışlarım 2002


Tarix: 16.01.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 440 Bölmə: Şairlər və Yazıçılar
loading...