Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən Şirinov

Həsən Şirinov - Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini,polis general-mayoru.

Həyatı

26 yanvar 1950-ci ildə Babak rayonu Cəhri kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini, Azərbaycan Texniki Universitetinin mexanika fakültəsini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Həsən Şirinov 1980-ci ildən daxili işlər orqanlarında çalışır. Müxtəlif illərdə Nəsimi, Xətai və Xanlar rayon yol polisi bölmələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsinin rəisi, Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini vəzifələrində çalışıb.

1994-cü ildən 2010-cu ilə qədər isə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində işləyib. Hazırda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinidir.


Tarix: 15.01.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 344 Bölmə: Şairlər və Yazıçılar
loading...