beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbülqasım Sultanov

Sultanov Əbulqasım (12.4.1866, Naxçıvan ş. – 1916, İran, Qəzvin ş.) – ziyalı, maarif və teatr xadimi.



Həyatı

Cəlil Məmmədquluzadə ilə eyni vaxtda Naxçıvan şəhər üçsinifli ibtidai məktəbində təhsil almış, hər ikisi bir il də (1882) Zaqadqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuş, üç il eyni sinifdə oxumuşlar. Lakin xəstəliyi ilə əlaqədar 1885-ci ildə bir il sinifdə qalan Ə.Sultanov seminariyanı 1888-ci ildə bitirərək, Şahtaxtı məktəbinə təyinat almış və 1896-cı ilədək bu məktəbdə əvvəlcə müəllim, sonra isə nəzarətçi (müdir) vəzifəsində çalışmışdır. 1896-1908-ci illərdə indiki Cəlilkənddə zemstvo məktəbində müdirlik etmişdir. Naxçıvanda C.Məmmədquluzadənin başçılıq etdiyi maarifçilik hərəkatının fəal iştirakçılarından, Naxçıvan teatrının tamaşalarında əsas rolların, xüsusən qadın rollarının (M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasında Gülçöhrə, E.Sultanovun "Azərbaycan qızı" pyesində Sənəm, Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsində Sona xanım, "Pəri-Cadu" dramında Şamama və s.) mahir ifaçılarından olmuşdur. Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnunun atası, Z. Hacıbəyovun "Əlli yaşında cavan" musiqili komediyasında Qulu rollarınıda məharətlə yaratmışdır. Tələbəlik illərində yazdığı "Ədəbiyyatşünaslıq dəftəri" icmal formalı kiçik dərs vəsaitidir. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirmişdir. Tərtib etdiyi "Ədəbi nümunələr müntəxəbatı"nda 19 əsr – 20 əsrin əvvəli şairlərinin əsərləri toplanmış dır. Ciddi elmi-siyasi əhəmiyyətə malik "İranda qayda-qanun yoxdur" (1912) adlı fəlsəfi-publisistik traktatı var.


Tarix: 14.01.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 396 Bölmə: Şairlər və Yazıçılar