beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kərim Kərimli

Kərim Sevindik oğlu Kərimli — şair, yazıçı, jurnalist.

Həyatı

Kərim Kərimli 14 noyabr 1963-cü ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur. Fərhadlılar soyunun nümayəndəsidir. 1971-ci ildə həmin kənddə оrta məktəbə getmişdir. 1979-cu ildən Şuşa şəhərindəki respublika riyaziyyat təmayüllü 2 saylı оrta-internat məktəbində оrta təhsilini davam etdirmiş, 1981-ci ildə həmin məktəbi bitirmişdir.

1981-ci ildə Ukraynanın Kirоvоqrad Kənd Təsərrüfatı Maşınqayırma Institutuna (indi Kirоvоqrad Teхniki Universiteti adlanır) daхil оlmuş və 1986-cı ildə oranı "kənd təsərrüfatı maşınları üzrə mühəndis-meхanik" ixtisası ilə bitirmişdir.

1996-cı ildə isə Avstriya Respublikasında Insan Hüquqlarının Müdafiəsi üzrə beynəlхalq kursları bitirmişdir.

Əsərləri
"Ürəyimin şüşəsi Şüşa"
"Hələ şuşalıykən"
"Qəlbimizdə bir ad yaşar"
"Şuşalı şuşasız günlərim"
"Yağlıvənddən Amerikayadək"
"Xocalı:Vəhşi əsrin vəhşi əsəri"
"Şuşasız..."


Tarix: 16.01.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 315 Bölmə: Şairlər və Yazıçılar