beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dilsuz

Mustafayev Dilsuz Murtaza oğlu - şair, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.

Həyatı

Dilsuz 1945-ci il martın 1-də Azərbaycanın Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbin ikinci sinfini bitirdikdən sonra ailəliklə Tərtər rayon mərkəzinə köçdüklərindən orta təhsilini orada, 1 saylı məktəbdə başa vurmuşdur (1961). Sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil almışdır (1962-1968).

Əmək fəaliyyətinə Bakı yaxınlığında olan Əmircan qəsəbəsindəki sənaye müəssisəsində layihəçi-mühəndis kimi başlamışdır (1968-1970). Azərbaycan Radio və Televiziya Şirkətində səs operatoru (1970-1973), ədəbi-dram baş redaksiyasının incəsənət və radio teatrı şöbəsində redaktor (1973-1979), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, publisistika şöbəsinin müdiri (1979-1992), sonra "Axtarış" qəzetində ədəbi işçi (1992), "Kəndin səsi" qəzetinin redaktor müavini vəzifəsində çalışmışdır (1992-1993). Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetində məsul işçidir (1993-cü ildən). Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Onun şerləri, publisist yazıları "Azərbaycan", "Ulduz" jurnallarında və qəzetlərdə müntəzəm çap edilir. Şerləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Yaradıcılığında bədii tərcüməyə xüsusi yer verir.

Əsərləri
Ağ atlı oğlanın nağılı. Bakı: Yazıçı, 1981, 67 səh.


Tarix: 14.01.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 455 Bölmə: Şairlər və Yazıçılar